Azərbaycanın Xarkovdakı konsulluğundan soydaşlarımıza MÜRACİƏT
Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu Azərbaycana qayıtmaq istəyənlər üçün qeydiyyata başlayır.
Bu barədə Azərbaycanın diplomatik nümayəndəliyindən xəbər verilib.
Eyni zamanda, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov media nümayəndələrinə müraciət edib. O, Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşdiyini, Xarkov şəhərinin isə ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxın olduğunu bildirib.
"Buna baxmayaraq, Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir. Hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur", - deyə o, bildirib.
Diplomatın sözlərinə görə, konsulluq operativ qaydada Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının konsulluğu və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.
"Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531, (+38063) 047 05 50 telefon nömrələri və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək", - deyə Salmanov sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, Ukraynanın Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətləri ərazisində yaşayan və Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyat üçün aşağıdakı nömrələrlə fəxri konsulluğa müraciət edə bilərlər:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR