Məktəblərdə tətil günlərinin müddəti uzadılır? - RƏSMİ CAVAB
Ötən gün məktəblərdə bayram tətilinin uzadılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu isə valideynlər arasında müzakirələrə səbəb olub.
Təhsil Nazirliyi məsələ ilə bağlı Sonxeber.az-ın sorğusunu cavablandırıb.
Həmin cavabı olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına (https://nk.gov.az/az/document/5726/) əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilmişdir və həmin günlər iş günləri hesab edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 25 mart da iş günü hesab olunmayacaqdır.
Beləliklə,
- 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində Novruz bayramından əvvəl son dərs günü martın 18-i, bayramdan sonrakı ilk dərs günü martın 28-i,
- 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan əvvəl son dərs günü martın 19-u, bayramdan sonrakı ilk dərs günü martın 26-sıdır."
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6288 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr