Ordumuzdan ermənilərə xəbərdarlıq: "Burada yaşamaq istəyirsinizsə, qanunlarımıza riayət edin" – FOTO
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni dilində səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət edib.
"Caliber"in hərbi dairələrdəki məlumatlı mənbələrə istinadən bildirir ki, xəbərdarlıq mətni aşağıdakı kimidir:
"Erməni milliyətli vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz! Burada istənilən fəaliyyət Azərbaycan qanunları əsasında tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər bir şey qanunsuzdur. Hazırda apardığınız mühəndis işləri qanunsuzdur.
Müharibəyə hazırlaşmayın və bizim ərazimizdə sərhəd qurmağa çalışmayın! Əgər burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına riayət edin!
Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. İtkilərinizə görə məsuliyyət sizin üzərinizə düşəcək. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!".
Həmçinin Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar müvafiq icazə alana qədər iş görülən ərazini tərk etməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR