Regionlarda ictimai iştirakçılıq təşviq ediləcək - FOTO
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Regionlarda ictimai iştirakçılığın təşviqi" layihəsinin icrasına başlayıb.
Bu barədə layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib. Təşkilat sədri qeyd edib ki, layihənin məqsədi ictimai iştirakçılığı təşviq etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına dəstək göstərməkdir.
Cəsarət Hüseynzadə bildirib ki, ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. İdarəetməyə yeni baxış formalaşıb. Bu baxımdan paralel olaraq ictimai iştirakçılığın inkişafı da köhnədən qalan bəzi mənfi tendensiyaların aradan qaldırılmasına ictimai töhfə olacaqdır: "Cənab Prezident İlham Əliyev tərəfindən ictimai nəzarətin inkişafı və vacibliyi ilə bağlı mütəmadi çağırışlar olub. Vətəndaş cəmiyyətinin ictimai iştirakçılıqla bağlı mövqeyinin gücləndirilməsi üçün dəstək layihələrinə ehtiyac vardır."
Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində Sumqayıt, Şirvan şəhərləri, Salyan və Quba rayonlarında ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbirlər təşkil ediləcək.
Eyni zamanda həmin regionda ictimai iştirakçılığın vəziyyəti ilə bağlı monitorinqlər aparılacaq və reportajlar hazırlanacaq. Həmçinin layihə çərçivəsində ictimai iştirakçılıq haqqında buklet hazırlanaraq vətəndaş cəmiyyəti təşkilatları və dövlət qurumları nümayəndələri arasında paylanılacaq. Layihənin 3 ay müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 728 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr