"Yazı artıq dərc olunubsa, fikir bildirmək nəyə yarayır?!" - Mətbuat katibindən JURNALİSTLƏRƏ
"Biz haqqımızda yayılan dezinformasiyanı aradan qaldırmaq üçün məcbur olub bu işin arxasınca düşürük"
Bu sözləri "Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Sonxeber.az-a mətbuatla bağlı açıqlamasında söyləyib.
O bildirib ki, bəzi saytlar ancaq reytinq axtarır və jurnalistikanın prinsiplərindən kənar işləyirlər:
"Əvvəlki mətbuatla indiki mətbuatdakı işin arasında olan fərqi düşündükcə, təbii ki, informasiyanı əldə etmək hazırda daha asandır. Əvvəllər jurnalistika sahəsində işləməyə başlayanda bizə redaktorlarımız izah edirdilər ki, istənilən yazıda 3 tərəf var: yazan, ittiham edən və şikayətə cavab verən . Bizim yazıda bu 3 tərəfin də mövqeyi olmasa, o, yazını qəbul etməzdi. Deyərdi: "Get yerin dibində də olsa, tap, mövqe öyrən!" O vaxtı da internet, əlaqələr bu qədər əlçatan deyildi. Bir balaca xəbərə günlərlə vaxtımız gedərdi. İndi isə iş rahatlaşıb, amma problemlər də artıb. Çox vaxt nəsə eşidirlər, yazırlar. Dərc etdikdən sonra yazırlar: "Bu barədə yazı vermişik, sən də fikrini bildir". Yazı artıq dərc olunubsa, fikir bildirmək nəyə yarayır?! Bəzən də açıqlamanı da alıb, sensasiya yaradaraq ayrı xəbər formasında yayımlayırlar. Bunlar problem deyil, ola bilər, hər bir mətbuat orqanının öz strategiyası var. Amma bəla budur ki, yayımlayırlar, sosial şəbəkəyə də yerləşdirirlər, nəinki real insanlar tərəfindən idarə olunan saytlar, eləcə də robot saytlar həmin xəbəri dərc edir. Sən düzgün məlumat versən də, robot sayt ikinci açıqlamanı yenidən yayımlamaya da bilər. Bəzən isə naməlum şəxslər tərəfindən idarə olunan saytlar dərc edir. Saytda yazdığı nömrə, "mail" vasitəsilə onlarla əlaqə saxlamaq olmur. Biz haqqımızda yayılan dezinformasiyanı aradan qaldırmaq üçün məcbur olub, işin arxasınca düşürük, axtarırıq. Bu, məsələnin neqativ tərəfidir.
Demək olar ki, jurnalistika da "Agile" (çevik) idarəetmə prinsipi ilə çalışır. Çox vaxt qarşı tərəfin fikrini yayımlamırlar. Təbii ki, bu, hamıya aid deyil, bəzi saytlar yaxşı işləyir, bəziləri isə ancaq reytinq axtarır və jurnalistikanın prinsiplərindən kənar fəaliyyət göstərirlər".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR