Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi rusiyalı idmançılara sanksiya tələb edir - FOTO

Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi rusiyalı idmançılara sanksiya tələb edir - FOTO"Ümumdünya Güləş Birliyi, niyə sən susursan?! Bütün dünya Ukraynanın müdafiəsinə qalxdı. Siz görürsünüz ki, Rusiya Ukrayna ərazisində ukraynalılara qarşı nələr edir! Rusiya aqressordur!"

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynada yaşayan Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov deyib.

Olimpiya mükafatçısı paylaşdığı "Instagram" postunda Rusiya Güləş Federasiyasının və rusiyalı idmançıların cəzalandırılmasını tələb edib:

"Niyə rusiyalı idmançılara və Rusiya Güləş Federasiyasına qarşı hər hansısa sanksiya tətbiq etmirsiniz?! Türkiyədə bizim idmançıların iştirak etməli olduğu reytinq turniri vardı. Ancaq idmançılarımızdan heç kim ora getmədi. Çünki Rusiya Federasiyası xəbərdarlıqsız 24 fevral 2022-ci ildə Ukraynaya hücum etdi və bütün Ukrayna ərazisinə raket zərbələri endirdi!

Bizim məşqlərimizə davam etmək, hazırlaşmaq, turnir və çempionatlarda iştirak etmək imkanlarımız yoxdur! Fevralın 24-dən bəri bomba sığınacaqlarında gizlənən ailələrimiz, Vətənimiz, azadlığımız üçün mübarizə aparırıq! Federasiyamızdan təcavüzkar ölkəyə qarşı sanksiyalar tələb edirik! Zəhmət olmasa bizə kömək edin, Ukraynaya bu müharibəni dayandırmağa kömək edin!"


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2316   Tarix: 28 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar. Bu barədə -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadı

22 sentyabr
.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr