Fevral son 70 ilin ən isti ayı oldu
"Uzun illər ən soyuq aylardan biri hesab olunan fevral ayı bu il mülayim isti keçərək, xüsusən də son həftəsində, yaz havası ilə fərqlənib".
Sonxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, fevralın 1-dən 28-dək havanın orta sutkalıq temperaturu 8.2 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir.
"Belə göstəricilərlə, bu ilin fevral ayı son 70 ildə ən isti fevral ayı olub", - o bildirib.
Xidmət rəisi qeyd edib ki, ay ərzində ən yüksək temperatur fevralın 9-da 19 dərəcə isti olub ki, bu da iqlim normasından 9 dərəcə yüksəkdir: "Ən minimal temperatur isə fevralın 6-da 1.7 dərəcə qeydə alınıb. Fevralın 13-də isə Bakıda şimal-qərb küləyinin maksimal sürəti 25 m/s -ə çatıb.
Ötən illərlə müqayisədə bu il fevralda yağıntı xeyli az düşüb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm (aylıq normanın 14 faizi), Qazax-Gəncə zonasında 1-5 mm (aylıq normanın 2-22 faizi), Qarabağ zonasında 12-16 mm (aylıq normanın 40-45 faizi), Balakən-Şəki zonasında 3-22 mm (aylıq normanın 8-73 faizi), Mərkəzi Aran zonasında 2-13 mm (aylıq normanın 6-62 faizi), Lənkəran-Astara zonasında 40-51 mm (aylıq normanın 39-84 faizi) qeydə alınıb".
Umayra Tağıyevanın sözlərinə görə, mart ayının ilk günlərində iqlim normasından yüksək temperatur rejimi davam edəcək, birinci ongünlüyün ikinci yarısı isə hava qeyri-sabit keçəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1175 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr