TƏCİLİ - Azərbaycan diasporu Xersondakı soydaşlarımıza səsləndi: "Təxliyə mümkün deyil"
"Xerson şəhəri tam mühasirədədir. Dünən saat 05:00-dan başlayaraq Rusiya hərbi karvanı qərb istiqamətindən şəhərə daxil oldu, genişmiqyaslı hücumu başladı".
Bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.
Ə.Kərimov deyib ki, şəhərdə bir məktəb və bir çoxmərtəbəli bina raket zərbəsinə tuş gəlib, hazırda şəhər daxilində döyüşlər gedir.
Şəhərdən təxliyənin təhlükəli olduğunu vurğulayan Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri azərbaycanlı əhalini evlərində qalmağa çağırdıqlarını söyləyib:
"Düzdür, əhali minimum müddət üçün ərzaq toplayıb, telefonlar hələ işləyir, elektrik var. Bəzi yerlərdə telefon xətləri qırılıb, ancaq əksər yerlərlə telefon əlaqəmiz var. Ancaq mağazalarda ərzaq məhsulları da tükənir. Şəhərdə dünən gəzmək mümkün idisə, bu gün artıq gəzmək çox təhlükəlidir, faktiki mümkünsüzdür. Ona görə də soydaşlarımızı "WhatsApp" qruplarımızda, sosial şəbəkələrdə evlərində qalmağa çağırırıq. Soydaşlarımız arasında yaralanan və həyatını itirənlər yoxdur. Ancaq artıq evdən çıxmaq təhlükəlidir, təhlükəsizlik üçün ilk növbədə evdə qalmaq lazımdır".
Ə.Kərimov Xersonu tərk etmək üçün müraciət edən soydaşlarımıza da evlərində qalmağı tövsiyə etdiklərini söyləyib:
"Çünki şəhərdən təhlükəsiz çıxış faktiki mümkün deyil".
Qeyd edək ki, Xerson şəhər meri İqor Kolxayev "Facebook" səhifəsində yazıb ki, şəhər atəş altındadır:
"Yaşayış evləri və şəhərdəki digər mülki obyektlər yanır. Mən hazırda öz yerimdəyəm. Mənim indi vəzifəm Xersonda Ukrayna bayrağının dalğalanmasını, mülki vətəndaşların həyatının qorumasını təmin etməkdir. Şəhər yaşamalıdır, küçələrə çıxmayın. Mən Rusiya hərbçilərinə və onların rəhbərliyinə müraciət edirəm. Siz istədiyinizi almısınız. Bizim şəhəri tərk edin, mülki əhaliyə atəş açmanı dayandırın".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2374 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In müharibəyə tam hazırlıq tələb edir
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) komandirlərinə davamlı və intensiv hərbi təlimlər vasitəsilə bölmələrinin tam döyüş hazırlığını təmin etməyi əmr edib. xəbər verir ki, agentliyin açıqlamasında deyilir: "Yolda
28 oktyabrCənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib
Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələb
29 oktyabrUkrayna vətəndaşı Monako şahzadəsinin qohumunun ölümündə ittiham olunur
Monako hakimiyyəti Şahzadə II Albertin qohumu olan 29 yaşlı Antuan de Massinin ölümü ilə əlaqədar 42 yaşlı Ukrayna vətəndaşına qarşı ittiham irəli sürüb. xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, knyazlıq prokurorluğu kişiyə səhlənkarlıq nəticəsində ölümə səbəb olma
29 oktyabrZelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrPakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabrTramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin istədiyi vaxt bitəcəyini açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən mitinqdə deyib: "Daha əvvəl məndən soruşdular ki, 'İranla müharibə nə vaxt bitəcək?' Mən dedim ki, 'İstədiyim zaman bitəcək. Bir gün əvvəl ABŞ prezidenti ik
28 oktyabrMadriddə etiraz aksiyası keçirilir
Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə
28 oktyabr