"Şuşa Qarabağın turizm mərkəzinə çevriləcək" - Tamam Cəfərova ilə MÜSAHİBƏ

"Şuşa Qarabağın turizm mərkəzinə çevriləcək" - Tamam Cəfərova ilə MÜSAHİBƏDeputat Tamam Cəfərova Sonxeber.az-ın suallarını cavablandırıb.

- Tamam xanım, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edildi. Bu mühüm addım özündə hansı çağırışları və mesajları ehtiva edir?

- Bəli, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib və həmçinin, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin bu il 270 illiyi qeyd olunacaq. Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Ümumiyyətlə, Azərbaycanda hər elan edilən il böyük tədbirlərin, cəmiyyət və dövlətin xüsusi diqqətinin müşayiəti ilə keçir. Elan edilən il cəmiyyətlə dövləti müəyyən bir simvolik bayraq altında birləşdirir və xalqı elan edilmiş ilin simvolu ilə yaxından tanış edir. Bu səbəbdən belə hesab edirəm ki, Şuşa ili Qarabağ incisi olan Şuşanın mədəniyyəti, tarixi, coğrafiyası haqqında maraqlı və maarifləndirici tədbirlərin keçirilməsi ilə müşayiət olunacaq. Əvvəlki illərin təcrübəsi göstərir ki, elan olunan ilə həsr edilən tədbirlərə ölkədə akkreditasiya olunan bir çox diplomatik nümayəndələr və Azərbaycana səfər etmiş vacib qonaqlar dəvət olunurlar. Bununla biz onları Azərbaycan ilə daha yaxından tanış edirik. Şuşa ili İkinci Qarabağ müharibəsində əldə edilən qələbə və ermənilərin 30 il ərzində Qarabağda törətdikləri ekoloji və mədəni terror fonunda Azərbaycanın gücünün vacib tərkib hissəsinə çevrilir. Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti ilə ölkə daxilində və xaricində keçirilən tədbirlər Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olması haqqında mesajı bütün dünyaya çatdırır. Həmçinin, xüsusi qeyd etmək istərdim ki, elan edilən il münasibətilə dövlət və özəl sektor böyük maliyyə vəsaitləri ayırır. Praktikada bu o deməkdir ki, ölkəmiz 2022-ci ildə Qarabağın və bütün Azərbaycanın incisi olan Şuşanı gözləniləndən daha tez bərpa edəcək.

-Bəs Şuşa ilinin Azərbaycan üçün hansı iqtisadi-siyasi dividentləri var?

- Təəsüf ki, digər ərazilərimizi ermənilər güclü dağıntılara məruz qoyublar. Ağdamın "Qafqaz Hirosiması" adlandırılması siyasi marketinq xətrinə atılmış addım deyil, bu, real və çox acı gerçəkliyin əksidir. Zəka fakt qarşısında acizdir! İstənilən səfir, istənilən jurnalist, istənilən beynəlxalq hüquq müdafiəçisi Ağdama səfər edib, bunun şahidi ola bilər. Lakin Azərbaycan ordusu tərəfindən azad edilən digər ərazilərlə müqayisədə, Şuşa qismən az dağıntılara məruz qalıb. Bu, Şuşanın hələ işğaldan qabaq şəhər infrastrukturuna malik olması və ermənilərin 30 il ərzində burada yaşaması ilə izah olunur. Bu o deməkdir ki, dövlət Şuşanın bərpa edilməsində sıfırdan və ya mənfidən başlamalı olmayacaq. Şuşa, digər ərazilərlə müqayisədə, daha qısa müddətdə bərpa olunacaq. Ola bilsin, 90-cı illərdə Ermənistan təcavüzü nəticəsində öz yurdlarını tərk etməyə məcbur olan azərbaycanlılar öz evlərinə elə 2022-ci ildə qayıda biləcəklər. Lakin geri dönüş obyektiv səbəblərdən bir az uzana bilər. Dünyada hazırda geosiyasi və geoiqtisadi vəziyyətin gərgin olması iqtisadi konyukturaya təsir edir və dünya iqtisadiyyatının inkişafına mane olur.

Şuşanın bərpasına xərclənən bütün vəsaitlər çox tez bir zamanda dövlət büdcəsinə turizm sektorundan gələn gəlirlər formasında geri qayıdacaq. Azərbaycanın əhalisi hazırda 10 milyondan artıqdır. On milyonluq əhalimizdə uşaqdan tutmuş qocalarımıza qədər hər bir kəs ana Vətəni, gözəl Şuşanı görməyə can atır. Qeyd edək ki, Azərbaycanın hüdudları kənarında yaşayan azərbaycanlıların sayı daha çoxdur. İran, Gürcüstan, Rusiya, ABŞ, Avropa və digər yerlərdə yaşayan həmvətənlərimizin sayı (Azərbaycandakılar istisna olmaqla) 40 milyona yaxındır. Bizim vətəndaşlarla bu 50 milyon edir. Belə bir sosial sorğu keçirilməyib, amma keçirilsə idi, düşünürəm, 50 milyon azərbaycanlının hər biri 3 mümkün arzudan ən azından biri kimi Qarabağı görməyi qeyd edərdi. Bu, olduğu yerdən asılı olmayaraq, ürəyi Azərbaycanla, Qarabağla döyünən xalqımızın böyüklüyündəndir. Lazımi infrastrukturun bərpa edilməsi və inkişafı insanların bu arzularının gerçək olmasına şərait yaradacaq. Şuşa Qarabağın turizm mərkəzinə çevriləcək, bu sektordan əldə edilən vəsaitlər isə digər azad edilmiş ərazilərin bərpa edilməsinə xərclənəcək.

Şuşanın dirçəlməsi siyasi dividendləri də özü ilə daşıyır. Ermənistanın dağınıq iqtisadiyyatının təsiri altında Xankəndində yoxsul vəziyyətində yaşayan erməni əhalisi yaxınlıqdakı Şuşanın günü-gündən inkişaf etdiyini görüb, Azərbaycanın öz xalqına və Qarabağa verdiyi dəyərə öz gözləri ilə şahid olacaqlar. Bu, Ermənistan və Azərbaycanın öz vətəndaşlarına münasibətdə dövlət siyasətinin əyani müqayisəsidir. Hətta ən qatı revanşist və irrasional ermənilər belə, Azərbaycanın yurisdiksiyası altında yaşamağın ən azından maddi cəhətdən daha sərfəli olduğunu anlayacaqlar. Bu isə ermənilərin hazırda yaşadıqları Azərbaycan ərazilərinin dinc reinteqrasiya etməsinə şərait yaradacaq.

Digər tərəfdən, Azərbaycanın Şuşa nümunəsində əldə etdiyi uğurları izləyən əcnəbilər, Qarabağın əsl sahibinin Azərbaycan olduğunu anlayacaqlar. Ermənistan və erməni diasporu uzun illər istər elmi, istərsə də publisistik mətbuatda Qarabağa iddialarını yalanlar formasında dünyaya yayıb. Lakin bayaq qeyd etdiyimiz kimi, zəka fakt qarşısında acizdir. Daşı daş üstə qalmayan Ağdamı və tam bərpa olunan Şuşanı görmək kifayətdir ki, ermənilərin uzun illər yaydıqları yalanların üzərindən birdəfəlik xətt çəkilsin.

- Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər digərlərindən fərqlənir. Belə ki, qəhrəman oğullarımız heç bir hərbi texnika olmadan, əlbəyaxa döyüş taktikası ilə düşmənlə döyüşdü, Şuşanı azad etdilər. Şuşamızın azad edilməsi uğrunda canlarından və sağlamlıqlarından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi, tanıdılması üçün Şuşada da ikinci Zəfər müzeyinin tikilməsinə ehtiyac varmı?

- Məncə, Şuşada ikinci Zəfər müzeyinin açılmasına ehtiyac var. Çünki Şuşa döyüşləri tarixə qəhrəmanlıq dastanı kimi həkk olub. Vətən müharibəsinin bitməsindən bir ildən çox keçsə də, hələ də bütün dünya Şuşa uğrunda gedən döyüşlərdən danışır. Şuşa ətrafında tarixi döyüş gedib. Cənab Prezident çıxışlarında hər zaman vurğulayıb ki, ordumuz ən müasir hərbi texnika ilə təmin edilsə də, qalib gələn Azərbaycan əsgəridir. Ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizi xatırlamaq və onların əmanətlərinə sahib çıxmaq borcumuzdur. Dövlətimiz tərəfindən şəhidlərmizin xatirələrinin yaşadılması, adlarının əbədiləşdirilməsi məqsədilə çox mühüm addımlar atılır. onların adları məktəblərə, küçələrə verilir, onlar haqqında kitablar yazılır, filmlər çəkilir, bulaqlar tikilir və s. Xalqımız və dövlət tərəfindən şəhidlərimizin adınının əbədiləşdirilməsi üçün vacib işlər görülür.

Düşünürəm ki, Şuşada ikinci Zəfər muzeyinin açılması çox gözəl olardı. Həmin muzeydə Şuşada həlak olan qəhrəmanlarımızın adları qeyd edilməli, əşyaları sərgilənməlidir. Biz bu yolla şəhidlərimizin adını əbədiləşdirməklə yanaşı, həm də muzeyi ziyarət edən xarici qonaqlara öz qanları ilə qəhrəmanlıq dastanı yazan oğullarımızı tanıtmış olarıq.

- İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Tamam xanım, artıq Böyük Qayıdışın ilkin mərhələsinə başlanılır. Bu, ölkəmizin qarşısında hansı imkanlar açır?

- Qarabağda quruculuq işləri yüksək intensivliklə gedir. Həyata keçirilən bütün layihələri bir-bir adla sadalamaq məqsədəuyğun olmazdı. Bu məlumatları siz istənilən xəbər saytından və ya rəsmi mənbələrdən əldə edə bilərsiniz. Bunun əvəzinə, həyata keçirilən quruculuq işlərinin məntiqi əsasları haqqında fikir bildirmək istərdim. Dövlətin quruculuq işləri iki, bir-biri ilə sıx bağlılıq təşkil edən prioritetdən ibarətdir: Qarabağın iqtisadiyyatını bərpa etmək və əhalinin öz ata-baba yurduna qayıtmasına nail olmaq.

Demoqrafiya elmində E. Ravenşteyn miqrasiyanın 11 qanunauyğunluğunu irəli sürüb. Alim tərəfindən irəli sürülən 6-cı qanunauyğunluq miqrantların nəhəng sənaye və ticarət mərkəzlərinə miqrasiya etməsini, 9-cu böyük şəhərlərin əsasən miqrasiya hesabına böyüməsini, 10 və 11-ci qanunauyğunluqlar isə miqrasiya həcminin sənaye, ticarət və nəqliyyatın inkişafı ilə artdığını və miqrasiyanın əsas səbəbinin iqtisadiyyat olmasını qeyd edir. Müşahidə etdiyimiz kimi, bu qanunauyğunluqlar iqtisadiyyat və demoqrafiyanın sıx bağlılıq təşkil etdiyini bildirir.

Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq işlərini də bu qanunauyğunluqlara söykənib, izah etmək mümükndür: Qarabağın iqtisadi dirçəlməsi ora yerli əhalinin qayıtmasına şərait yaradacaq. Yerli əhalinin qayıtması Qarabağda iqtisadi tələbatın artmasına səbəb olacaq ki, o da, öz növbəsində, iqtisadiyyatın artması vasitəsində təklifi formalaşdıracaq. Güclü iqtisadiyyata malik Qarabağ artıq təkcə yerli əhalinin yox, digər regionlarda yaşayan azərbaycanlıların da Qarabağa axın etməsini şərtləndirəcək. İqtisadi inkişafın əsasında isə şəhər infrastrukturu üçün birinci dərəcəli əhəmiyyət kəsb edən yolların çəkilməsi, enerji stansiyalarının və boru kəmərlərinin salınması durur.

- Azərbaycanın iqtisadi, sosial, siyasi sahələrdə əldə etdiyi nailiyyətlər xarici siyasət sahəsində də uğurlu və qətiyyətli addımlar atmağa imkan verib. Bu gün Azərbaycan qlobal miqyasda güclü və etibarlı tərəfdaş kimi qəbul olunur. Tamam xanım, hazırda Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətini necə qiymətləndirmək olar?

- Ölkəmizin başçısı prezident seçiləndən bəri həm daxildə, həm də xaricdə uğurlu siyasət aparır. Azərbaycan Prezidenti üçün prioritet vəzifələr Azərbaycanın təhlükəsizliyi və inkişafıdır. Lakin bu prioritetlər istənilən bir formada yox, Azərbaycanın yerləşdiyi coğrafi və geosiyasi məkanı, dünyada baş verən prosesləri nəzərə alaraq gerçəkləşməlidir. Buna görə də Azərbaycan Prezidenti uzun illər uğurlu balanslaşdırma siyasətini davam etdirir. Bu istiqamətdə diqqətimi Şuşa və Moskva Bəyannamələrinin Azərbaycan üçün daşıdığı əhəmiyyətə çəkmək istəyirəm. Azərbaycanın Gürcüstan və İranla münasibətləri yüksələn xətlə inkişaf edir, qardaş Türkiyə Azərbaycanın siyasi müttəfiqidir, Xəzər dənizi üzrə türkdilli Qazaxıstan və Türkmənistanla münasibətlər fərqli sferalarda inkişaf etdirilir. İqtisadi cəhətdən Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ölkəmizin xarici ticarətinin 40%-i Aİ ölkələrinin payına düşür. Bu yaxınlarda dövlətimizin Avropanın qaz böhranının tənzimlənməsində daha aktiv iştirak etməyə razılıq verməsi Azərbaycanın Qərblə münasibətlərini yeni mərhələyə qaldırdı. Qərb ilə münasibətlərini yeni müstəviyə çıxaran Azərbaycan öz balanslaşdırma və çoxvektorluq siyasətinə sadiq qalaraq Rusiya ilə də münasibətləri yeni səviyyəyə qaldırmaq istiqamətində pozitiv addımlar atıb. Moskva Bəyannaməsinin siyasi əhəmiyyətini bu aspektdən izah etmək məntiqlidir.

Bununla bərabər vurğulayaq ki, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi və Rusiya ilə imzaladığı Moskva Bəyannaməsi siyasi cəhətdən ekvivalent razılaşmalar deyil. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında", Rusiya ilə imzalanmış sənəd isə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" olan razılaşmadır. Sənədlərin mətnlərinə müraciət etməsək belə, adından göründüyü kimi, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə Moskva Bəyannaməsindən daha yüksək pillədə durur. Bu, Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin təkcə milli maraqlara deyil, o cümlədən milli dəyərlərə söykənməsi ilə izah olunur.

- Artıq münaqişə başa çatıb və post-münaqişə dövründə həm ölkəmiz, həm də region üçün tamamilə yeni mənzərə yaranıb. Bu yeni mərhələdə Azərbaycan dövlətinin qarşısında hansı vəzifələr durur?

- Biz müharibədən əvvəl və sonrakı dövrü müqayisə etsək, çox böyük fərqlər görəcəyik. Azərbaycan təkcə öz torpağını azad etmədi, regionda yeni bir reallıq yaratdı. Regionda bütün məsələlər Azərbaycanın razılığı ilə həll olunmalıdır. Cənubi Qafqazda geosiyasi gündəliyi müəyyən edən ölkələr Azərbaycan və Türkiyədir. Regionda yeni bir təhlükəsizlik sistemi formalaşdı. Biz çalışırıq ki, bundan sonra regionda davamlı sülh və təhlükəsizlik hökm sürsün, bu da bölgəyə iqtisadi inkişaf və rifah gətirəcək.

- Tamam xanım, bilirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşürsünüz. Onların arasında şəhid və qazi ailələri də var. Şəhid və qazi ailələri daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Bu gün dövlət tərəfindən şəhid ailələrinə diqqət yüksək səviyyədədir. Şəhid ailələri dövlətin qayğısından çox razıdırlar. Şəhid ailələrindən elə bir müraciət olmayıb ki, həllini tapmasın. "YAŞAT" Fondu da bütün şəhid ailələrini ziyarət edib, onların problemləri və sosial qayğıları ilə maraqlanır və onların həlli istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.

Mənə iki şəhid ailəsindən müraciət edərək, övladlarının özəl məktəbdə oxumasını istədiklərini bildirdilər. Biz də həmin şəhid ailələrinin bu arzusunu reallaşdırmaq üçün əlimizdən gələni etdik və müraciət etdiyimiz özəl məktəblər xahişimizi yerə salmadı. Bu gün həmin ailələrdən birinin 3, digərinin isə 2 övladı özəl məktəblərdə pulsuz təhsillə təmin olunub. Məlumat üçün bildirim ki, bir çox özəl məktəblər müəyyən sayda yerləri şəhid övladları üçün ödənişsiz etdilər. Hazırda şəhid ailələrinin evlə təmin olunması prosesi gedir. Cənab Prezident qeyd edib ki, 2025-ci ilə qədər hər biri evlə təmin olunacaq.

Fürsətdən istifadə edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qazilərimizin müalicəsi ilə bağlı göstərdiyi yorulmaz fəaliyyətini xüsusi vurğulamaq istərdim.

Xalqımız öz dövlətinin həmişə yanında olub, bu gün də yanındadır. Öz övladını Vətənə qurban vermək nə qədər çətin olsa da, onlar oğullarının şəhidlik zirvəsinə ucalması ilə qürur duyurlar. Ümumilikdə, şəhid ailələri ilə görüşdə qaldırılan hər bir problem öz həllini tapıb.

Amma veteranlar və qazilərlə görüşdə əsasən məşğulluqla bağlı problemlər səsləndirilir. İkinci məsələ isə əlilliyin alınması ilə bağlı problemlərdir. Bununla bağlı aidiyyəti qurumlara da tərəfimizdən müraciətlər göndərilib.

img]uploads/img-20220302-wa0081.jpg[/img]"Şuşa Qarabağın turizm mərkəzinə çevriləcək" - Tamam Cəfərova ilə MÜSAHİBƏ"Şuşa Qarabağın turizm mərkəzinə çevriləcək" - Tamam Cəfərova ilə MÜSAHİBƏAysel Yusifqızı
Foto: Pərviz Allahverdiyev


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1709   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz

22 dekabr
.

"Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır" - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib. "Hesa

12 dekabr
.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Türkiyə üçün özünün milli maraqları qədər toxunulmaz və müqəddəsdir" - AÇIQLAMA

"Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkün olacaq". Bunu erməni politoloq Suren Surenyants deyib. "Erməni politoloq Suren Surenyantsın səsləndirdiyi bu fikir regional reallıqların və Ankara-Bakı strateji vəhdətinin obyektiv etirafıdır"

18 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA

Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana yola salınması regionda sülh və əməkdaşlıq prosesinin real nəticəsidir. Bunu Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib. Onun sözlərinə görə, b

19 dekabr
.

"Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi" - DEPUTAT

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Heydər Əliyevin anım günüdür. Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Ümummilli Lide

12 dekabr
.

İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasında

22 dekabr
.

Prezident bu ailələrə 200 manat birdəfəlik maddi yardım ayırdı

2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamın icrası məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmə

22 dekabr
.

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq. "Qafqazinfo" xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. G.Hacıbəyli isə bu qərarl

15 dekabr