"Keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz" - DEPUTAT

"Keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz" - DEPUTAT"31 mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış faciələrin anım günüdür. Bu tarix Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla rəsmiləşdirilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. Bu gün təkcə keçmişin yad edilməsi deyil, həm də tarixi ədalətin bərpası istiqamətində aparılan mübarizənin simvoludur".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasəti uzun illər ərzində gizlədilmiş, xüsusilə sovet dövründə bu mövzuya qadağalar qoyulmuşdur:

"Lakin müstəqillik əldə edildikdən sonra bu hadisələrin obyektiv araşdırılması və dünya ictimaiyyətinə çatdırılması mümkün olmuşdur. Tarixi mənbələr göstərir ki, XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında demoqrafik vəziyyət süni şəkildə dəyişdirilmiş, erməni əhalisinin kütləvi şəkildə yerləşdirilməsi həyata keçirilmişdir. Bunun nəticəsində regionda etnik qarşıdurmalar üçün zəmin yaradılmışdır. 1905 və 1918-ci illərdə baş verən hadisələr isə bu siyasətin açıq təzahürü olmuşdur. 1918-ci ilin mart hadisələri xüsusi qəddarlığı ilə seçilir. Bu dövrdə Bakı Soveti və erməni daşnak silahlı dəstələri tərəfindən həyata keçirilən qırğınlar nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Bu hadisələr yalnız Bakı ilə məhdudlaşmamış, Azərbaycanın müxtəlif bölgələrini əhatə etmişdir. Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə baş verən qırğınlar nəticəsində minlərlə insan həyatını itirmiş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir. Xüsusilə Şamaxı hadisələri zamanı kəndlərin böyük hissəsi dağıdılmış, əhali amansızcasına qətlə yetirilmişdir. Quba hadisələri isə bu faciənin ən dəhşətli nümunələrindən biridir. Burada aşkar edilmiş kütləvi məzarlıq bu qırğınların real sübutudur. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, burada öldürülən insanların əksəriyyəti mülki əhali olmuşdur. Onların küt alətlərlə öldürülməsi bu cinayətlərin vəhşiliyini bir daha təsdiq edir. İrəvan quberniyasında baş verən hadisələr də soyqırımı siyasətinin geniş miqyasını göstərir. Yüzlərlə kəndin dağıdılması, on minlərlə insanın qətlə yetirilməsi və deportasiyası Azərbaycan xalqına qarşı aparılan sistemli siyasətin tərkib hissəsi idi. Bu hadisələrə siyasi qiymətin verilməsi və beynəlxalq səviyyədə tanıdılması məsələsi bu gün də актуallığını qoruyur. İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmışdır. Dövlət başçısı dəfələrlə çıxışlarında bu hadisələrin soyqırımı kimi tanınmasının vacibliyini vurğulamışdır. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır. Bu kompleks təkcə xatirə abidəsi deyil, həm də tarixi həqiqətlərin nümayiş olunduğu mühüm mərkəzdir. Eyni zamanda, 2018-ci ildə soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirlər bu mövzunun beynəlxalq səviyyədə daha geniş tanıdılmasına imkan yaratmışdır. Bu tədbirlər çərçivəsində konfranslar, sərgilər və elmi araşdırmalar həyata keçirilmişdir. Bu gün əsas məqsədlərdən biri tarixi həqiqətlərin təhrif olunmasının qarşısını almaqdır. Bunun üçün elmi araşdırmaların davam etdirilməsi, arxiv sənədlərinin üzə çıxarılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycan diasporu da bu istiqamətdə mühüm rol oynayır. Xarici ölkələrdə yaşayan soydaşlarımız bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün fəal fəaliyyət göstərirlər. Bu, milli həmrəyliyin və vətənpərvərliyin bariz nümunəsidir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü bizə tariximizi unutmamağı, həqiqətləri qorumağı və gələcək nəsillərə çatdırmağı xatırladır. Bu gün həm də ədalət uğrunda mübarizənin davam etdiyini göstərir. Tarixi yaddaşın qorunması və bu faciələrin unudulmaması hər birimizin borcudur. Çünki keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz. Bu baxımdan 31 mart yalnız anım günü deyil, həm də milli şüurun və birlik ruhunun təzahürüdür".
"Keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 601   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr