Çinin Rusiyadan ŞOK XAHİŞİ: "Ukraynaya hücumu..."
Çin fevralın əvvəlində Rusiyadan Ukraynaya hücumu Pekin Qış Olimpiya Oyunları bitənə qədər təxirə salmağı xahiş edib.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Böyük Britaniya kəşfiyyatçıları bu barədə məlumat əldə bildirirlər.
ABŞ rəsmiləri iddia edirlər ki, bu xahiş Rusiya prezidenti Vladimir Putinin Pekində Olimpiadanın açılış mərasimi üçün Çin prezidenti Si Cinpinlə görüşü zamanı edilib.
Hesabatda, həmçinin, deyilir: "Çin fevralın 20-də Olimpiadanın bağlanış mərasimini keçirib. Ertəsi gün Putin Ukraynanın şərqində üsyançıların nəzarətində olan əraziyə daha çox rus əsgərinin daxil olmasını əmr edib".
Qeyd olunub ki, Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu sözügedən iddiaların "heç bir əsası olmayan fərziyyə və ittihamlardan" ibarət olduğunu bildirib.
Çin ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib və Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Rusiya və Ukrayna hər iki tərəfin qanuni təhlükəsizlik narahatlıqlarını ehtiva edən siyasi həll yolu axtarmalıdırlar.
Çin Ukraynadakı müharibə ilə bağlı 'işğal', 'hücum' sözlərindən istifadə etməkdən çəkinərək, BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya hərbi hücumlarını pisləyən qətnaməni təsdiq etdiyi səsvermədə bitərəf qalan 35 ölkədən biridir.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11148 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabr