Həbsdə ölən icra başçısı bu şəxslərdən rüşvət alıb - SİYAHI
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının sabiq müavini Ramiz Tatarov istintaq ifadəsində həbsdə vəfat edən RİH-in keçmiş başçısı Nizaməddin Quliyevin kimlərdən rüşvət tələb etdiyini açıqlayıb.
"Report"un əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, N.Quliyevin tapşırığı ilə Hüseynov Azər Camələddin oğlunun Ağstafa rayonu üzrə Maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunması müqabilində ondan 10 000 manat, İsmayılov Malik Kərim oğlunun Ağstafa RİH-in başçısının Kolxəlfəli kənd inzibati ərazi üzrə nümayəndəsi vəzifəsinə təyin olunması müqabilində 5 000 manat, Hüseynov Taleh Abdulla oğlundan Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi müqabilində 15 000 manat, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Abbasov Kamran Yahya oğlunun vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 20 000 manat, Y.Abbasovdan Ağstafa RİH-in başçısının Ağgöl kənd icra nümayəndəliyində mühasibi işləyən oğlu Kənan Abbaslının vəzifəsində saxlanılmasına görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində 2 000 manat pul istəyib.
R.Tatarov qeyd edib ki, həmin şəxslər tələb olunan rüşvəti ona verməyib:
"Daha sonra Nizaməddin Quliyevin tapşırığı əsasında şəxsən Hüseynov Taleh Abdulla oğlunun Ağstafa Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru vəzifəsində saxlanılmasına görə ondan ümumilikdə 8 280 manat pul aldım. Həmin məbləği isə Nizaməddin Quliyevə təqdim etdim".
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO