Ukraynadakı 500 minə yaxın azərbaycanlının 300 mini qadınlar və uşaqlardır - AÇIQLAMA
"Ukraynanın Kiyev və Xarkov şəhərlərində olan soydaşlarımız oradan təxliyə edilərək Moldovaya gətirilib. İki qatarla gələn soydaşlarımız Moldova sərhədində qarşılanıb və onların ümumi sayı 1600 nəfərdir".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.
O bildirib ki, həmin soydaşlarımız Buxarestə göndəriləcək:
"Soydaşlarımızı bombaların içindən çıxarıb Rumıniya sərhədinə gətirdik. Sənədlərin qaydasında olmaması bizə çətinlik yaradır. Həm Moldova, həm də Rumıniya sərhədindən nümayəndələr qarşılıqlı danışıqlar aparıb. Azərbaycanlılara Rumıniyada sənədlərin qaydasına salınması üçün 5-8 gün lazımdır və bu müddət ərzində zəruri şərait yaradılacaq".
Səfir qeyd edib ki, Ukraynada təxminən 500 min azərbaycanlı varsa, onların 300 mini qadınlar və uşaqlardır:
"İstanbula göndərilən soydaşlarımız oradan avtobus ilə Azərbaycana gedə bilər. Hələ bu, təxmini rəqəmlərdir. Bu gün Moldovadan 180 nəfərlik təyyarə ilə qadınları, körpələri çıxaracağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1196 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr