Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN VİDEO
"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib"
Bu haqda AZXEBER.COM Birləşmiş Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov" avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.
Xəyyam Həqiqətoğlu deyib ki, Kamran Həsənov bu şücayəti Ukraynada böyük rəğbətlə qarşılanıb:
Kamran Həsənov ağsaqqalımızdır. Azərbaycanın Şəmkir rayonunun Şiştəpə kəndində doğulub boya-başa çatıb. O, həm həmyerliləri arasında, həm də yerli əhali arasında hörmət və nüfuza malikdir. Nikkolayev rayonunda yaşayan azərbaycanlılar onu insanlara qarşı mehriban münasibətinə, hər zaman ilk yardım çağırışına gəlməyə hazır olduğuna görə sevilirlər.
O müharibənim ilk günündə bir vətəndaş və vətənpərvər kimi orduya kömək etdi, könüllü oldu, şəxsi silahını götürdü, yerli özünümüdafiə təşkil etdi və digər işlərlə yanaşı, hərbi xidmətə çağırışa kömək etdi. Onun qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılandı.
Həmin videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO