DİM abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlərə müraciət edib.
Mərkəzdən Sonxeber.az-a daxil olan məlumatda deyilir:
Məlum olduğu kimi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər, az sayda abituriyent Sənəd Qəbulu Komissiyasına (SQK) müraciət etməli olur. Əsasən, xarici ölkələrdə təhsil alan, Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci ildən əvvəl bitirən abituriyentlər SQK-ya müraciət etməli olurlar.
Ərizəsini SQK-da təsdiq etdirməli olan abituriyentlər martın 9-dan 17-dək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini aşağıdakı SQK-larda təsdiq etdirə bilərlər. Tələb olunan sənədlər barədə məlumat qəbul elanında dərc olunub.
Məlumat üçün bildirək ki, ötən il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə təqdim edən 86236 nəfərdən cəmi 3 minə yaxını ərizəsini SQK-da təsdiq elətdirib.
DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:
- Bakı ş., Nəsimi r., Abdulvahab Salamzadə küç., 28
- Bakı ş., Nərimanov r., Koroğlu Rəhimov küç., 108A
DİM-in Regional Bölmələri:
DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
DİM-in Gəncə Regional Bölməsi
(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
DİM-in Lənkəran Regional Bölməsi
(Lənkəran ş., H.Aslanov xiyabanı, 52);
DİM-in Xaçmaz Regional Bölməsi
(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
DİM-in Şəki Regional Bölməsi
(Şəki ş., M.Rəsulzadə prospekti, 182);
DİM-in Şirvan Regional Bölməsi
(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
DİM-in Göyçay Regional Bölməsi
(Göyçay ş., Rauf İsayev küçəsi, 43);
DİM-in Bərdə Regional Bölməsi
(Bərdə ş., H. Əliyev prospekti, 88);
DİM-in Şəmkir Regional Bölməsi
(Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –"west gate").
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO