"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər" - Niyaməddin Orduxanlı
"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı, bu duruma düşməzdilər. Qəhrəman o şəxs ola bilərdi ki, o, xalqını müharibədən yayındırardı. Ukraynanın tam suverenliyini bərpa edə bilərdi".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.
O, qeyd edib ki, Zelenski qəhrəman olsaydı, ən azından Rusiya ilə normal münasibətləri inkişaf etdirərdi:
"O gərək Rusiya ilə normal münasibətlərini davam etdirərdi. Rusiya ilə Ukrayna eyni xalqlardır. İndi kiminsə baxışı ilə Zelenski qəhrəman kimi görünə bilər. Bu da normal bir haldır. Bu gün ərazi bütövlüyünün böyük hissəsinin itirilməsi, ölkədə milyondan artıq qaçqının olması, burada şəhərlər viran qalması, Ukraynanın 30-40 il geriyə düşməsi deməkdir".
N. Orduxanlı həmçinin qeyd edib ki, biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir:
"Azərbaycan bu müharibədə hər hansı bir iştirakçı tərəf deyil. Yəni bu, Rusiya ilə Ukrayna arasında gedən bir müharibədir. Bunlar da eyni kökənli xalqlardır. Azərbaycan ictimaiyyətinin münasibətinin birmənalı olması təbiidir. Ancaq biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir. Orada da 3 milyona yaxın azərbaycanlı yaşayır. Onlar öz qazandıqlarını Azərbaycana, öz ailələrinə göndərirlər. Təbii ki, Ukrayna da Azərbaycan üçün strateji bir ölkədir, münasibətlərimiz çox yaxşıdır. Ancaq biz bir faktı unutmamalıyıq, Azərbaycan 44 günlük Vətən müharibəsi etdi, bu zaman biz Ukraynanın 5-10 nəfər vətəndaşını Ermənistanın əleyhinə fikir səsləndirmək kimi bir şeyin şahidi olduqmu? Yaxud da balaca bir Ermənistanla Ukraynanın münasibətlərinin pozulmasına şahidlik etdikmi? Yox.
O qeyd edib ki, Ukraynanın işğal olunmasının əleyhinədir:
"Təbii ki, biz başqa ölkənin işğalının, zəbt olunmasının birmənalı şəkildə əleyhinəyik. 30 il separatçılıqdan əziyyət çəkən bir dövlət kimi separatçılığın əleyhinəyik. Ukraynanın da ərazi bütövlüyünün pozulmasına haqq qazandıra bilmərik. Mən inanmıram ki, Azərbaycanda bir nəfər olsun ki, çıxıb Ukraynanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırsın, olmaz. Bu, beynəlxalq hüquqa da ziddir. Ancaq biz bu məsələdə nə Rusiyanın, nə də Ukraynanın apardığı müharibənin yanında yer ala bilmərik. Biz də istəyərik ki, bu məsələ sülh yolu ilə həll olunsun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO