Rasim Məmmədov bu şəhərdəki obyektlərə nə qədər haqq qoyubmuş? - ŞOK DETALLAR
Ötən ayın əvvəli Sumqayıtda saxlanılan "İctimai Nəzarət Koalisiyası"nın sədri Rasim Məmmədovun törətdiyi bəzi cinayətlərin detalları məlum olub.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, R. Məmmədov dələduzluqla, habelə hədə-qorxu ilə pul tələb edərək xeyli adama ziyan vurub.
R.Məmmədovun əməllərindən zərərçəkən çoxlu sayda iş adamı və müharibə qaziləri Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayıblar.
Belə ki, R. Məmmədov Birinci Qarabağ müharibəsi qazisi Sevgili Rəsulovanın Sabunçu rayonu "Gülçülük" adlanan ərazidə tikintisi yarımçıq qalan evinin tamamlanacağına söz verərək ondan 6 min manat pul alıb.
Həmçinin, Sumqayıtda Nəsimi Məmmədov adlı vətəndaş da təşkilat sədrinin tələsinə düşüb. O, Tağıyev qəsəbəsindəki obyekt üçün yararlı olan yarımtikilinin alınması üçün R. Məmmədova 8 min manat ödəyib. Ancaq ortada nə pul olub, nə obyekt.
Araşdırmalar zamanı R. Məmmədovun xuliqanlıq əməli də aşkar edilib. Məlumata görə, o, Sumqayıtda yerləşən "Azmetal" MMC-yə gələrək səbəbsiz yerə oranın direktor müavini Ramiz Hüseynovu söyüb və əlindəki telefonu şirkətin anbardarı Sabir İsmayılovun başına çırpıb.
Bundan başqa, "İctimai Nəzarət Koalisiyası" sədrinin "reketliyi" də ortaya çıxıb. Məlum olub ki, o, obyektlərdən hədə-qorxu ilə pul tələb edirmiş. Belə ki, R. Məmmədov Sumqayıtdakı taksi parkla üzbəüz obyektlərdən aylıq icarə haqları alıb. O, bu əməlini 2013-cü ildən həbs edilən günədək davam etdirib.
Eyni cinayətlə üzləşən digər şəxs isə şəhərin İnşaatçılar qəsəbəsindəki "Az-Lead" MMC-nin direktor müavini işləyən Türkiyə vətəndaşı Uğur Dəniz də DİN-ə müraciət ünvanlayıb. O bildirib ki, R. Məmmədov onu və zavodun rəhbərliyini televiziya və internet vasitəsilə rüsvay edəcəyi ilə hədələyərək 1500 manat pul alıb.
Qeyd edək ki, "İctimai Nəzarət Koalisiyası"nın sədri Rasim Məmmədov bu il fevralın əvvəli Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.\lent.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2047 Tarix: 04 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr