Əminə Ərdoğandan Yelena Zelenskiyə dəstək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskiyə videomüraciət göndərib.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, Əminə Ərdoğan müraciətində beynəlxalq ictimaiyyəti sülhə çağırıb.
"Ukraynaya edilən hücumlardan çox kədərləndiyimi bilməyinizi istəyirəm. Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl insanları türk xalqının duasındadır. Allaha dua edirik ki, tez bir zamanda rahatlıq tapasınız və heç bir cana ziyan dəyməsin. Biz illərdir dünyanın bir çox yerlərində davam edən müharibələri və münaqişələri dayandırmağa çalışsaq da, Ukraynanın indi də eyni təcrübədən keçməsi bizim söndürmək istədiyimiz yanğını daha da alovlandırıb.
Beynəlxalq ictimaiyyətin Ukrayna üçün göstərdiyi nümunəvi həmrəylik dilindən, dinindən, irqindən asılı olmayaraq bütün məzlum xalqlar üçün keçərli olmalıdır. Dünyanın bütün qadınları və uşaqları eyni insan ailəsinin üzvləridir. Ona görə də harda müharibə olsa, sülhün bərqərar olması üçün eyni güclü refleksin göstərilməsini arzu edirəm. Uşaqlar yalnız başlarını qaldıraraq şarların səmaya qalxmasına baxmalıdırlar, düşən bombalara yox... Mən bütün dünyanı müharibəyə "yox", sülhə "hə" deməyə dəvət edirəm. Sizi və Ukrayna xalqını ən səmimi hisslərlə salamlayıram", - Ə.Ərdoğan qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1331 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulRusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulDəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu
Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb
19 iyulDaha bir gəmi Hörmüzdə minaya düşdü
Hörmüz boğazında daha bir tanker minaya düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. Bildirilib ki, üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış ərazidən keçməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın ba
23 iyulYaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyul