Yaqub Məmmədov: Haqq-ədalət Rusiyanın tərəfindədir!
Ukrayna-Rusiya müharibəsində əsas günahkar ABŞ-dır.
Bunu Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov "Şərq" qəzetinin saytına verdiyi açıqlamasında deyib.
O, müsahibəsində açıq şəkildə Rusiyanın mövqeyini müdafiə edib:
"Rusiya Qərb üçün deyil, Qərb Moskva üçün təhlükə yaradırdı. Bu, Qərb-Rusiya qarşıdurmasıdır və indiki məsələdə haqq-ədalət Rusiyanın tərəfindədir. Əfsuslar olsun ki, burada ən böyük ziyanı Ukrayna xalqı, mülki adamlar görür. Müharibə uzanacaq. Ukrayna balaca dövlət deyil, ukraynalılar mübariz xalqdır. Kaş müharibə olmayaydı, iki qardaş xalqı, slavyan millətlərini bir-birinə qırdırırlar.
Tarix boyu birlikdə yaşamış xalqları bir-birinə düşmən edən ABŞ-dır. Siyasətçilərin oyunbazlığı, hegemonluq davası xalqları qarşı-qarşıya qoyur. Prosesləri, insan itkilərini ürək ağrısı ilə izləyirik. Gözəl bir ölkə dağılır, şəhərləri viran olur, mülki insanlar qurbana çevrilir. Qərb bunu istəyirdi?"
Y.Məmmədov vurğulayıb ki, Amerika Rusiya rəhbərliyini qıcıqlandırmasaydı, müharibə başlamazdı:
"Moskvanın yeganə tələbi o idi ki, NATO Ukraynaya, Rusiyanın qərb sərhədlərinə gəlməsin, qoşun yığmasın. Əgər özü savaşa girmirsə, Ukraynaya yardım göstərmirsə, hərbi blok hansı məqsədlə Rusiyanın qərb sərhədlərinə gəlirdi?! Qərb öz vədini dəfələrlə pozub, Polşaya, Rumıniyaya, Çexiyaya girib. Ukraynaya müdaxilə son hədd idi. Dünyada yüzlərlə ölkə var, hamısı NATO-ya, Avropa İttifaqına üzv olası deyil ki? Moskvanın Donetsk və Luqanskı "müstəqil dövlət" kimi tanıması da Qərbin təhriki ilə oldu. Zelensikini də "tırkalayıb" Minsk razılaşmasından uzaqlaşdırdılar. Allah eləməsin, nüvə müharibəsi başlasa, dünyanın aqibəti necə olacaq, bunun hesabını kim verəcək? Ukraynaya fitva verirlər, hərbi texnika, xarici legionlar göndərirlər. Qərb əvvəl deyirdi ki, SSRİ şər ittifaqıdır, onu mütləq dağıtmaq lazımdır. İndi SSRİ yoxdur, amma ABŞ yenə də Rusiyadan əl çəkmir. Nə istəyirsən, Amerika? Sakit otur yerində, ölkələri bir-biri ilə üz-üzə qoyma. Belə çıxır ki, indi şər qüvvəsi ABŞ özüdür. Qərb Rusiyanı təxribata çəkdi, Kreml də səhv edərək təxribata getdi".
Yaqub Məmmədov sanksiyaların Rusiyanı zəiflədəcəyinə inanmadığını deyib:
"Rusiya böyük dövlətdir, təbii sərvətləri çoxdur. İnanmıram ki, müharibə və sanksiyalar nəhəng bir ölkəni çökdürsün. Müəyyən problemlərin yaşanacağı qaçılmazdır, amma sadəcə iqtisadi sanksiyalarla Rusiyanı diz üstə çökdürmək mümkünsüzdür. Bilirsiniz, digər millətlərdən fərqli olaraq rusların yaşayış üçün tələbləri çox deyil. Ruslar hər şeylə qane olan, yüksək rifah arxasınca getməyən xalqdır. Ona görə də sanksiyalara görə hökumətə etiraz etmirlər, əksinə, təzyiqlərə məruz qaldığı üçün dəstəkləyirlər"./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO