Dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək
Ukraynada fevralın 27-də Odessa ərazisində Rusiya ordusunun atdığı raketin avtomobili partlatması nəticəsində ölən dörd soydaşımızın nəşi sabah Azərbaycana gətiriləcək.
Bu barədə Oxu.Az-a Kəlbəcərin Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov məlumat verib.
O bildirib ki, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan soydaşlarımızın ailələri artıq Azərbaycana gətiriliblər:
"Soydaşlarımızın nəşləri hələ Moldovadakı xəstəxanalardan birinin morqundadır. Elə yaralı olan iki soydaşımı da həmin xəstəxanada müalicə alır. Həkimlər yaralıların xəstəxanadan çıxarılmasına icazə verməyiblər. Həlak olan şəxslərin yaxınları artıq Azərbaycana gətirilib. Ölən soydaşlarımızın sənədləri ilə bağlı məsələ cənazələrin ölkəyə gətirilməsini bir qədər yubadır. Nəşlərin gətirilməsi üçün zəruri hazırlıqlar artıq tamamlanıb. Sabah cənazələr ölkəyə gətiriləcək".
Xatırladaq ki, Odessadakı hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar.
Yaralananalar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO