Ermənistandan növbəti təxribat – Azərbaycan yenidən anti-terror əməliyyatına başlaya bilərmi?
Ermənistan təxribat törətməyə davam edir. Bəs bəyannaməyə uymayan mənfur düşmənə qarşı, lazım gələrsə, anti-terror əməliyyatına başlanıla bilərmi?
Mövzuyla bağlı Sonxeber.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovdan münasibət öyrənib.
O bildirib ki, bu təxribatlar Ermənistan tərəfindən bəyannamənin şərtlərinə əməl olunmaması deməkdir.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qeyri-qanuni qalan və indiyə qədər oradan çıxmalı olduqları halda hələ də orada olan Ermənistan silahlıları torpaqlarımızı atəşə tutur. Məlumdur ki, bu kimi təxribatları onlar daimi törədirlər. Baxmayaraq ki, 10 Noyabr bəyannaməsinə əsasən, erməni quldurları, silahlı birləşmələri həmin ərazilərdən getməli idilər, indiyə kimi fəaliyyət göstərmələri, orada qalmaları və mütəmadi olaraq təxribatlara əl atmaları yolverilməzdir. Bu, Ermənistan tərəfindən bəyannamənin şərtlərinə əməl olunmaması deməkdir.
Hesab edirəm ki, belə təxribatlar davam edərsə, birinci növbədə sülhməramlı missiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən Rusiya onları ərazimizdən çıxartmalıdır.
Təxribatlar davam edərsə, təhdidlər yaranarsa, Azərbaycan ordusu, Azərbaycan dövləti öz ərazisində suverenliyini qorumaq üçün bu kimi özbaşınalıqların, quldurluğun qarşısını alacaq".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO