Prezidentin təltif etdiyi 13 qadın kimdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı "Tərəqqi" medalı ilə təltif edib.
"Qafqazinfo" həmin qadınlar barədə qısa məlumatı təqdim edir:
Ağayeva Lyubov Aleksandrovna
L.Ağayeva Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.
Axundova Nəcibə Novruz qızı
N.Axundova Şəhid Kəşfiyyat İdarə rəisi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, eyni zamanda Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktorudur.
Alızadə Sevinc Əsgərxan qızı
S.Alızadə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. O, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.
Əfrasiyabova Dilarə Paşa qızı
D. Əfrasiyabova Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.
İmanova Mehriban Təyyar qızı
İqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.
Qasımova Bahar Komandir qızı
B.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.
Qəhrəmanova Yaqut Qəhrəman qızı
Y. Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.
Mirzəzadə Gülqədəm Abdulalı qızı
G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.
Muxtarova Dilarə Əliəsgər qızı
D.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.
Rzayeva Yazgül Həsənəli qızı
Y.Rzayeva Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.
Salamova Gülnaz Mustafa qızı
G.Salamova Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, "Sevil" Qadınlar Məclisi Şəki təşkilatının sədridir.
Salehova Almas Yaqut qızı
A.Salehova Ağdaş rayon Qulbəndə bələdiyyəsində çalışır.
Tağıyeva Leyla Çingiz qızı
L.Tağıyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO