Şadlıq saraylarında qiymətlər ucuzlaşa bilər - VİDEO
Bu gündən etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Bir sıra qadağalar ləğv edilib.
Sonxeber.az bildirir ki, xezerxeber.az-ın məlumatına görə, toy, nişan, ad günü və digər şənlik mərasimlərində iştirak edənlərlə bağlı say məhdudiyyəti aradan qaldırılıb. Artıq iki ilə yaxındır ki, davam edən bu qadağaların ləğvi sakinləri sevindirib.
Şənlik mərasimlərində say limitinin yığışdırılması təkcə toy sahiblərinin qonaq çağırarkən tərəddüdlərini aradan qaldırmır, həm də menyuların qiymətini gündəmə gətirir.
Şadlıq saraylarının inzibatçıları bildirirlər ki, edilən dəyişiklik qiymətlərə yenidən baxmağa imkan verəcək.
Mərasim zallarında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması bu sahədə də işləri canlandırıb.
Qeyd edək ki, yumşalmalar tətbiq edilsə də, bəzi məhdudiyyətlər qüvvədə saxlanır. Qapalı məkanlara girişlərdə COVID-19 pasportları təqdim olunmalı, qapalı yerlərdə maskadan istifadə edilməlidir. Bu tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirləri davam etdiriləcək. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər məsuliyyətə cəlb ediləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1322 Tarix: 07 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr