MN: "Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" ifadəsini işlətməsi qəbuledilməzdir" - VİDEO

MN: "Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" ifadəsini işlətməsi qəbuledilməzdir" - VİDEORusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi qəbuledilməzdir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib:

"Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur.

Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub.

Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub.

Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1835   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr