Paşinyanın sülh çağırışının pərdəarxası - VİDEO
Dünyanın başının Ukrayna böhranına qarışdığı bir vaxtda Ermənistan parlamentində Azərbaycanla sülh məsələsi müzakirə olunub.
Qalmaqallı baş nazir Nikol Paşinyan sülh göyərçini obrazına bürünərək yenidən açıqlamaları ilə gündəmi zəbt edib.
Ermənistan daxilində belə bir düşüncə var ki, Paşinyan hər vəchlə Azərbaycanla razılığa gəlmək istəsə də, ona tabe olmayan "Qarabağ klanı" müsbətə doğru başlanacaq bütün prosesləri əngəlləməyə çalışır.
Qarabağda gedən proseslərə də diqqət yetirdikdə görürük ki, baş nazir nə vaxt sülhlə bağlı çıxışlar edirsə, erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar.
Azərbaycanın 44 günlük Qarabağ zəfərindən sonra Ermənistanın hazırkı hökuməti ilə müxalifət nümayəndələrinin ulduzu barışmır. Tərəflər bir-birini vətənə xəyanətdə ittiham edir. Bir neçə həftə öncə isə Nikol Paşinyan onu xain adlandıran "Ermənistan" və "Mənim şərəfim var" partiyasının üzvlərini real faktlar qarşısında susmağa məcbur etdi.
Belə ki, baş nazir Qarabağın itirilməsinə görə onu ittiham edənlərə səslənərək bildirdi ki, əgər Qubadlını erməni torpağı sayırdınızsa, niyə onu müzakirə predmetinə çevirirdiniz?
Ermənistanda yaşanan son proseslər onu deməyə əsas verir ki, ölkə daxilində ciddi parçalanma var. Hazırkı hakimiyyətin qərarlarına mane olan qüvvələr ciddi cəhdlə çalışır ki, Qarabağda sülh olmasın. Lakin ermənilər də yaxşı bilir ki, regionun taleyi üçün son qərarı Azərbaycan verir.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO