Karantin yumşaldıldı, pandemiyanın davam etdiyini isə unutmamalıyıq
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, qərara əsasən, 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna,dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə,bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə,masaj xidmətlərinin göstərilməsinə,sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verildi.
Həmçinin, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin, uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin, hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti aradan qalxdı.
Qonşu ölkələrlə müqayisədə yoluxmaların sayı ölkəmizdə azdır. Bunun da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə inamla yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi karantin rejiminin yumşalması ilə nəticələnir. Bu qaydaların yumşaldılması, eləcə də bir sıra sahələrdə fəaliyyətin əvvəlki qaydalarda aparılması iqtisadiyyata, həmçinin, real sektora öz müsbət təsirini göstərəcək.
Bütün müsbətə doğru olan dəyişikliklərə baxmayaraq, yenə də unutmamalıyıq ki, virus hələ məhv olmayıb və pandemiya tamamilə bitməyib. Yoluxma sayında azalmaların olduğunu görüb arxayınlaşmaq rəqəmlərin artımında müsbət dinamikaya səbəb olur. Gigiyenik qaydalara mütləq riayət edilməlidir. İnsan sıxlığı olan yerdə iştirak edilməməli, sosial məsafə qorunmalı və maskdan düzgün istifadə edilməlidir. Bunlardan da vacib olan isə vaksinasiyadır. Üçüncü doza vaksini həm risk qrupuna daxil olan, həm də xəstəliyi olmayan vətəndaşlarımızın qəbul etməsi tövsiyə olunur. Çünki virusdan qorunmaq üçün ən yaxşı variant vaksin olunmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO