Bütün məhsulların qiyməti 2 dəfə arta bilər - Yeni BAHALAŞMA DALĞASI
Ukrayna ətrafında yaranan gərgin hərbi-siyasi vəziyyət dünyada yeni bahalaşma dalğası yaradıb. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının dəyəri nəzərəçarpacaq dərəcədə yüksələcək.
Sonxeber.az sfera.az-a istinadən xəbər verir ki, müharibə əvvəllər də bahalaşmaqda olan xam neftin və təbii qazın qiymətini daha da artırıb. "Brent" neftinin qiyməti 130 dollara yüksəlib ki, bu da aylıq müqayisədə 40 dollar, illik müqayisədə 65 dollar bahalaşmadır. Başqa sözlə, son bir ildə neft qiymətləri 2 dəfə, son bir ayda isə 44 faiz artıb.
Təbii qazın qiyməti daha sürətlə artır. Avropada spot (gündəlik satılan) qazın qiyməti ötən bir ayda 2 dəfədən çox artaraq 3 min dolları keçib.
Neft və qazın bahalaşması elektrik enerjisinin də qiymətinin kəskin artımına səbəb olur. Məlumdur ki, elektrik enerjisi istehsalında əsas yanacaq kimi təbii qazdan istifadə edilir. Bu səbəbdən qazın bahalaşması elektrik enerjisinini qiymətini də eyni qaydada artırır.
Neft, qaz və elektrik enerjisi kimi enerji daşıyıcılarının bahalaşması bütün məhsulların qiymətinin artmasına səbəb olur.
Enerji daşıyıcılarının yaratdığı təsirlə bərabər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da bəzi məhsulların bahalaşmasına əlavə təkan verir. Sanksiyalar sənayedə böyük əhəmiyyətə sahib olan əlvan metalların (alüminium, mis, qurğuşun, sink və s.) dəyərini daha çox artırır. Hazırda əlvan metalların qiyməti son illərin ən yüksək səviyyəsinə çatıb.
Yaranan gərgin vəziyyət taxıl məhsullarının, xüsusən də buğdanın, günəbaxanın qiymətində sıçrayış yaradıb. Çünki Ukrayna və Rusiya dünyanın əsas buğda və günəbaxan təchizatçılarından sayılır. Bu ölkələrlə bağlı problemin yaranması həmin məhsulların həm qiymətini yüksəldir, həm də həmin məhsullarla təchizatı çətinləşdirir.
Taxıl məhsullarının bahalaşması öz növbəsində heyvan yemlərinin dəyərini sürətlə artırır ki, bu da toyuq ətinin, toyuq yumurtasının, mal ətinin, süd və süd məhsullarının, heyvan mənşəli yağların (kərə yağının) qiymətini yüksəldir.
Beləliklə, Ukrayna ətrafında yaranan gərginlik tezliklə aradan qalxmayacağı təqdirdə bütün ərzaq və qeyri-ərzaq mallarının qiymətində baş verən artımları bütün ölkələr, o cümlədən Azərbaycan da hiss edəcək.
Azərbaycan gündəlik istehlak mallarının böyük hissəsini idxal hesabına təmin etdiyindən qiymət artımları daha sürətlə daxili bazarda daxil olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin
23 iyun 2021Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir
16 may 202120 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl
26 iyul 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021