"Sinəsi açıq olanlar qadın deyil, onlar kişilərin itləridir..." - FOTO
"8 mart günü münasibəti ilə məni bütün Azərbaycan xalqı, dövlətim təbrik edib. Bu gün həqiqətən də qadınların ən xoş günüdür. Mən arzu edirəm ki, qadınların, qızların üzü tək bu gün yox, hər zaman gülsün. Çünki Azərbaycan qadını bütün gözəlliklərə, xoşbəxtliklərə layiqdir".
Sonxeber.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova deyib. O daha sonra əlavə edib.
"Qadın anadır, qadın nənədir, qadın Azərbaycan torpağının yaratdığı Azərbaycan qızlarıdır. Qadın hər şeydir, qadın ruzi-bərəkətdir, körpələrin anası, nənəsidir. Hər şey qadındır. Dünya qadınlar üzərində qurulub. Azərbaycan qadını budur, bundan gözəl nə ola bilər? Ay qadınlar, ərlərinizin qədrini bilin, çünki onlar sizin dayağınızdır. O qadınlar ki, özlərini yaxşı apara bilmir, yollarını azırlar, mən onlara nifrət edirəm. Qadın o deyil ki, sinəni, başını bayırda qoyasan! Qadın odur ki, ailəsinə, balasına, həyat yoldaşına, qardaşına abır-həya ilə qulluq etsin, onlara layiq olsun. Sinələri, başları açıq olanlar qadın deyil, onlar kişilərin itləridir. Bizim Azərbaycan qadınlarının həyası-abırı öz içlərindədir. Xahiş edirəm efirlərə sinəsi, başı açıq qızları buraxmasınlar. Çünki istəmirəm ki, Azərbaycan qızları, qadınları barədə dünyanın kişiləri, qadınları pis fikirdə olsunlar. Azərbaycan qadını tarixən həm kişilərə, həm də qadınlara nümunə olub", - deyə 100 yaşlı veteran deyib.
Fatma Səttarova arzusundan da danışıb.
"Ən böyük arzum dövlətimlə, torpağımla, xalqımla bağlıdır. Allah Azərbaycan xalqını, prezidentini, igidlərini qorusun, 44 gün ərzində şəhid olan balalarımızın ruhu şad olsun. Onların valideynlərinə səbr arzu edirəm. Mənim də iki oğlum rəhmətə getdi, amma yas etmədim, sadəcə ağladım. Gizlin ağladım ki, xalqım mənim gözümü yaşlı görməsin. Bəlkə də üsyan edərdim, amma 44 günlük müharibədə şəhid olan övladların analarının yanında xəcalət çəkdim", - deyə Fatma Səttarova deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3050 Tarix: 09 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit mexanizmlərindən yararlanan tələbələrin sayı artacaq" - Səbuhi Rzayev
2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işləri aparılacaq. xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondun 4 illik fəaliyyətinin yekunların
25 dekabrMilyonlarla telefon 6 gün sonra işləməyəcək
Mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar üçün kritik proses başlayıb. xəbər verir ki, qanunvericiliyə əsasən, bu cihazların IMEI qeydiyyatı 31 dekabr 2025-ci il tarixindən etibarən deaktiv ediləcək, 1 yanvar 2026-cı ildən isə şəbəkəyə çıxışı tamamilə bağlanacaq. Mütəxəssisləri
25 dekabrHava şəraiti ilə bağlı gəmilərə - Xəbərdarlıq
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-2
24 dekabrŞəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm oxundu
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum ediliblər. "Report"un məlumatına görə, bu barəd
24 dekabr"Okean" restoranı sudan qanunsuz istifadə edirmiş - İcarədarı cərimələndi
Sabunçu rayonu, Balaxanı-Binəqədi yolunda yerləşən "Okean" restoranı cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sözügedən restoranda yoxlama aparılıb. Nəticədə "Okean"
25 dekabrUşaqla market alış-verişi edərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA
Marketdə gördüyü hər şeyi istəyən və valideynləri almayanda ağlayan uşaqlar, bir çox valideyn üçün gündəlik həyatın çətin anlarından biridir. Bu davranış, uşağın hələ ehtiyac və istəklər arasındakı fərqi tam anlamaması ilə bağlıdır. Uşağın bu hisslərini düzgün yönləndirmək və ona səbr, nizam-intiza
25 dekabrNəriman Həsənzadənin səhhəti necədir?
Xalq şairi Nəriman Həsənzadə özünü yaxşı hiss edir. Bu barədə Qaynarinfo-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib. Hazırda Mərkəzi Klinik Xəstəxanasında müalicə alan şairin Yeni İl bayramını harada keçirəcəyi məlum deyil: . "Nəriman müəllim hələlik xəstəxanadadır və müalicə alır. Xəstəxanada
24 dekabr