"Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı xalqın qalib ruhunun güzgüsüdür"

"Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı xalqın qalib ruhunun güzgüsüdür""Cənab prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən sabitliyi qorumağı və iqtisadi müstəqilliyi təmin etməyi əsas prioritet kimi müəyyən etdi. Məhz bu səbəbdən Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi".

Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, Prezident İlham Əliyevin liderlik modelini səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun mükəmməl təhsili və peşəkar idarəetmə təcrübəsidir:

"1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

Beynəlxalq münasibətlər, iqtisadiyyat və müasir idarəetmə prinsiplərinə dərindən bələd olan dövlət başçısı qlobal prosesləri düzgün analiz etməyi və milli maraqlara uyğun qərarlar qəbul etməyi bacarır. Bu keyfiyyətlər Prezident İlham Əliyevi klassik siyasi liderlik çərçivəsindən çıxararaq strateq-dövlət xadimi səviyyəsinə yüksəltmişdir.Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib;

Cənab prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının PrezidentiPrezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir".

Emil Əkbərov söyləyib ki, bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur:

"Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı xalqın qalib ruhunun güzgüsüdür. Dünya iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir".

Emil Əkbərov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı:

"2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur.

Ən önəmlisi isə Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Bunun nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

Prezident İlham Əliyevin sözü və əməli birdir.

20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.

Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Qələbə ilə bağlı orden və medallar təsis olundu.
Vətən Müharibəsində qələbə münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal təsis olunub:

"Vətən Müharibəsi Qəhrəmanı"
"Cəsur döyüşçü"
"Döyüşdə fərqlənməyə görə" 
"Suqovuşanın azad olunmasına görə"
"Cəbrayılın azad olunmasına görə"
"Xocavəndin azad olunmasına görə"
"Füzulinin azad olunmasına görə"
"Zəngilanın azad olunmasına görə"
"Qubadlının azad olunmasına görə"
"Şuşanın azad olunmasına görə"
"Kəlbəcərin azad olunmasına görə"
"Ağdamın azad olunmasına görə"
"Laçının azad olunmasına görə"
"Vətən müharibəsi iştirakçısı"
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə".
Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilib. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 2020-ci il 3 dekabr tarixində Sərəncam imzalamış, 2021-ci ildə Hərbi Qənimətlər Parkının, 2024-cü ildə Zəfər Parkının və 2025-ci ildə Zəfər muzeyinin açılışında iştirak etmişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 240   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?

Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir. Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir. Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir

24 fevral
.

Azərbaycanda insanlar ən çox bu yaşda ölürlər

2025-ci ildə Azərbaycanda 59834 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış ölüm sayı 2024-cü illə müqayisədə əhalinin hər 100 nəfərinə 5,8 olub. Bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb. Rəsmi statistikaya görə

23 fevral
.

Pulsuz hüquqi yardım mexanizmləri hansılardır və kimlər bundan yararlana bilər? - AÇIQLAMA

Azərbaycanda bir çox vətəndaş hüquqlarının pozulması ilə üzləşsə də, maddi imkanların məhdudluğu səbəbindən hüquqi müdafiə mexanizmlərindən istifadə etməkdə çətinlik çəkir. Halbuki qanunvericilik müəyyən hallarda dövlət hesabına hüquqi yardım göstərilməsini nəzərdə tutur. Bəs pulsuz hüquqi yardım hans

24 fevral
.

KOBİA və AZPROMO yenidən təşkil olunur - FƏRMAN

Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyya

24 fevral
.

Ürəkbulanmasını keçirən təbii ÜSULLAR

Ürəkbulanma müxtəlif səbəblərlə ortaya çıxa bilər. Bəzən xəstəliklərin yaratdığı infeksiyalar nəticəsində yaranır, bəzən isə stress kimi amillər səbəbilə müşahidə olunur. -ın məlumatına görə, ürəkbulanmadan xilas olmaq istəyənlər bəzi təbii üsulları sınaqdan keçirə bilərlər:. Zəncəfil: Təzə zəncəfil

23 fevral
.

Alim Qasımov Bakıda zavod açdı

Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb. -a istinadən xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir. Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb. Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvlər

24 fevral
.

"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. -a istinadən xəbər verir ki, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralı

24 fevral
.

Oruc tutanda bədənimizdə hansı dəyişikliklər olur?

Artıq bir neçə gündür Ramazan ayı başlayıb. Bir çox insan oruc tutur. Bəs, oruc sağlamlığa necə təsir edir?. Axşam.az xəbər verir ki, 30 gün oruc tutduqdan sonra insanın bədənində bir çox şeylər dəyişir. İnsan bədəni oruc tutduğunu yalnız son yeməkdən 8 saat sonra anlaya bilər. Yəni, bağırsaqlar so

24 fevral
.

Nazirin iki müavini vəzifəsindən azad edildi

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib. Belə ki, Orucəli Hacıyev və Etibar Mirzəyevin adları nazirliyi

23 fevral