Uşaqla market alış-verişi edərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA
Marketdə gördüyü hər şeyi istəyən və valideynləri almayanda ağlayan uşaqlar, bir çox valideyn üçün gündəlik həyatın çətin anlarından biridir.
Bu davranış, uşağın hələ ehtiyac və istəklər arasındakı fərqi tam anlamaması ilə bağlıdır. Uşağın bu hisslərini düzgün yönləndirmək və ona səbr, nizam-intizam öyrətmək isə həm valideyn, həm də uşaq üçün faydalı təcrübədir. Belə vəziyyətlərdə doğru yanaşmaların tətbiqi ailə mühitini daha harmonik edə bilər.
Bəs görəsən valideyinlər belə vəziyyətlərin qarşısınıalmaq üçün hansı addımları atmalıdırlar?
Psixoloq Aytən Ələkbərova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bu vəziyyətə düşməmək üçün öncədən görülən tədbirlər çox önəmlidir. Biz övladlarımızı necə inkişaf etdirdiyimizə diqqət etməliyik: onlarla hansı məqamlarda necə davranırıq, hansı mövzularda necə söhbətlər aparırıq. Hər uşağın öz dünyası və rəngarəng baxışları var. Bu baxışların içində özünü cilovlamağı, hisslərini idarə etməyi öyrətmək lazımdır. Uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onunla ayrı-ayrılıqda işləmək vacibdir. Kimin imkanı varsa, psixoloqdan dəstək almaq faydalıdır; imkanı olmayan valideynlər isə evdə tətbiq edilə biləcək üsullardan yararlana bilərlər.
Uşağa məsuliyyət hissini aşılamaq üçün kiçik tapşırıqlar vermək effektiv üsullardan biridir. Məsələn, oyuncaqlarını toplamaq, mətbəxdə sadə işləri görmək və bu davranışları üçün kiçik mükafatlar almaq uşağın nizam-intizam və məsuliyyət hissini gücləndirir. Hər bir metod uzun illər təcrübə ilə sınanmışdır və doğru tətbiq olunduqda gözəl nəticələr verir.
Valideynlərin ən vacib vəzifəsi övladlarına sevgi, hörmət və dəstək göstərərək onları həm psixoloji, həm də sosial baxımdan sağlam böyütməkdir. Mən də öz övladımı bu prinsiplər əsasında tərbiyə etmişəm və onların effektivliyini şəxsən görmüşəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 947 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021