Ərdoğan bunu faşizmin təzahürü adlandırdı

Ərdoğan bunu faşizmin təzahürü adlandırdı"Türkiyə Ukrayna ilə Rusiya Federasiyası arasındakı böhranın faciəyə çevrilməməsi üçün çox səy göstərdi. Eyni zamanda, Ankaranın dövlətlərin bütövlüyü və suverenliyini dəstəkləmək kursu dəyişməz olaraq qalır".

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında bəyan edib.

Onun sözlərinə görə, Türkiyə Ukraynadakı döyüşlərə son qoymaq üçün səy göstərir.

"Biz Ukraynada uzunmüddətli atəşkəsə ümid edirik. Ankara dialoq kanallarını Moskva və Kiyev üçün açıq qoyaraq, balanslaşdırılmış siyasət yürüdür", - deyə Ərdoğan bildirib.

Ukraynada hərbi əməliyyatların 14-cü günü olduğunu xatırladan dövlət başçısı orada baş verənlərin vicdansızlığın göstəricisi olduğunu vurğulayıb.

"Ukraynada baş verən hadisələrə baxmayaraq, Qərb ölkələri heç bir real addım atmır. Sadəcə tövsiyələr verirlər. Ukrayna dəstəksiz qalıb", - deyə o əlavə edib.

Ərdoğan eyni zamanda bir sıra ölkələrdə Rusiya Federasiyasından olan tələbələrə və mədəniyyət xadimlərinə qarşı hücumları, Rusiya mədəniyyətinin tənqid olunmasını da pisləyib.

"Biz belə halları qəbul etmirik. Bu, faşizmin təzahürüdür, hansı ki, Ukrayna xalqının qanuni mübarizəsinə heç bir fayda gətirmir, əksinə kölgə salır", - deyə prezident davam edib.

Ərdoğan bu müharibədə qalibin olmayacağını vurğulayıb.

"Məsələ Ukrayna və Rusiya tərəfindən diplomatiya yolu ilə həll edilməlidir", - deyə Türkiyə lideri bildirib.

Prezident Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Bundan başqa, o, Dmitri Kuleba və Sergey Lavrov arasında sabahkı görüşün uzunmüddətli atəşkəs üçün "qapıları açacağına" ümidini ifadə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2384   Tarix: 09 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021