Rusiyadan gedən brendlər alıcıların milyardlarını "oğurladılar"
Ukrayna müharibəsi fonunda Rusiyadan gedən xarici brendlər alıcıların hədiyyə kartlarını bloklayıblar.
Sonxeber.az kp.ru-ya istinadən xəbər verir ki, kütləvi şəkildə şikayətlənən ruslar ümumilikdə milyardlarla rubl dəyərində olan pullarını hədiyyə kartlarından çıxara bilmirlər.
Məsələn, qəfil bağlanan "Mango" butikindən şikayətlərin cavabında bildirilib ki, alıcılar hədiyyə kartlarındakı puldan yalnız mağazalar yenidən açıldıqda istifadə edə biləcəklər. Lakin bunun nə zaman olacağı açıqlanmır.
"Opora Rossii" İctimai Birliyinin Birinci vitse-prezidenti Pavel Sigal qeyd edib ki, 2021-ci ilin nəticələrinə əsasən, Rusiyada hədiyyə kartlarının ümumi dəyəri təxminən 6 milyard dollar (cari kursla 850 milyard rubl) təşkil edib:
"Məsələ 2-3 aya həllini tapacaq. Vəsait qaytarılmadan kartların sıfırlanma ehtimalı da var, lakin bu, istənilən brendin nüfuzuna ciddi xələl gətirər".
Rusiyalı alıcılar üçün satışın dayandırılması ilə bağlı elan edən şirkətlər sırasında "Net-a-Porter", "Mr Porter", "Yoox" və "The Outnet" satış platformalarının, eləcə də "Hermes", "Louis Vuitton", "Mango", "ASOS", "Nike", "Adidas", "Puma" və digər iri şirkətlərin adı var.
Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24 oktyabrAzərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard
27 oktyabrQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabrNaxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi
23 oktyabrHotellərə yeni tələb qoyulur
Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis
5 noyabr