Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Rusiya-Ukrayna münaqişəsi fonunda artıq müxtəlif ölkələr, məşhur şirkətlər, banklar Rusiyalı təşkilatlara və bu dövlətin ayrı-ayrı fərdlərinə qarşı məhdudlaşdırıcı siyasi və iqtisadi tədbirlər həyata keçirir, sanksiyalar tətbiq edirlər. Bu isə, öz növbəsində, Rusiya iqtisadiyyatına mənfi təsirini göstərməkdədir.

Bildiyimiz kimi, Rusiya Azərbaycanla ticarət sahəsində aparıcı yerlərdən birini tutur.

Hazırda Rusiyaya tətbiq olunan sanksiyalar qonşu ölkə olaraq Azərbaycan iqtisadiyyatına nə kimi təsir edəcək?

Sonxeber.az-a açıqlmasında deputat Adın Hüseynov bildirib ki, Azərbacan hökumətinin vaxtında gördüyü tədbirlər sayəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların iqtisadiyyatımıza elə də ciddi təsiri olmayacaq:

"Məlumdur ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib. Azərbaycanın, Rusiya ilə yanaşı, digər ölkələrlə də çox böyük iqtisadi əlaqələri var və bu iqtisadi əlaqələr getdikcə daha da genişlənir. O ki qaldı Rusiyaya tətbiq olunan sanksiyalara, əlbəttə, bu, Rusiya iqtisadiyyatına ciddi təsir edir. Təbii ki, region ölkələrinə bu və ya digər formada təsirsiz ötüşməyəcəyi məlumdur. Bununla belə, biz görürük ki, artıq Azərbaycan dövləti bu kimi xarici "şok"lara qarşı vaxtında tədbirlər görür. Biz pandemiyada da, ondan əvvəlki proseslərdə də gördük ki, Azərbaycan dövləti iqtisadiyyata kənar təsirlərin qarşısını vaxtında alır və adekvat tədbirlər həyata keçirir, dövlət proqramları tərtib edir. Ona görə də, hesab edirəm ki, Rusiyaya qarşı tətbiq olunan bu sanksiyalar Azərbaycan iqtisadiyytına öz ciddi təsirini göstərməyəcək.

Azərbaycan digər ölkələrlə də iqtisadi əməkdaşlığı genişləndirir və bizim valyuta rezervlərimiz kifayət qədərdir. Ona görə də Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyi proqnozlaşdırılmır. Hətta elə məqamlar var ki, burada Azərbaycan iqtisadiyyatının özünün inkişaf istiqamətlərinin və tərəfdaşları ilə ticarət əlaqələrinin daha dayanıqlı qurulması üçün imkanlar və potensial mövcuddur, ona görə də bu cür sanksiyaların Azərbaycana ciddi təsirinin olmayacağını inamla söyləyə bilərik".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3659   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

24 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub

27 oktyabr
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25 oktyabr
.

Naxçıvana dotasiya 6 %-dən çox azaldılır

2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi

23 oktyabr
.

Hotellərə yeni tələb qoyulur

Azərbaycanda hotellərin üzərinə yeni tələb qoyulur. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi ölkəyə turis

5 noyabr
.

AZCON Holding yaradıldı, bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bir neçə il əvvəl dövlət şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması məqsədilə AZCON Holding yaradılıb. Lakin dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi hələ də diqqət mərkəzindədir. Bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? Bu müəssisələri

27 oktyabr