Ukraynalı jurnalist Kiyevdən danışır: "Putin hesab edirdi ki..."

Ukraynalı jurnalist Kiyevdən danışır: "Putin hesab edirdi ki..."Rusiyanın Ukraynaya təcavüzü davam edir. Proseslər göstərir ki, Kreml irəli sürdüyü şərtlər yerinə yetirilməyənə qədər müharibəni davam etdirməkdə israrlıdır. Şərtlər isə Ukrayna üçün kifayət qədər ağırdır: ölkənin NATO-ya üzvlükdən imtina etməsi, rus dilinə ikinci dövlət dili statusu verilməsi, Krımın Rusiyanın ərazisi kimi tanınması, nəhayət denasifikasiya və demilitarizasiya prosesinin həyata keçirilməsi.

Kiyev bu şərtlərdən yalnız NATO-dan imtina məsələsinə baxa biləcəyini açıqlayıb. Digər şərtləri qəbuledilməz hesab edən Prezident Volodimir Zelenski administrasiyasının davranışları müqavimətin davam edəcəyi barədə qənaəti möhkəmləndirir. Bəs Ukrayna xalqının Rusiya kimi hərbi cəhətdən güclü, beynəlxalq qanunları saya salmayan, doğum evlərini belə bombardman etməkdən çəkinməyən bir monstra qarşı sona qədər müqavimət aparmaq əzmi varmı?

Ukraynalı jurnalist Yarina Lazko hesab edir ki, xalqın müqavimət əzmi, işğalçıya qarşı döyüşmək ruhu kifayət qədər yüksəkdir. Ukraynalı həmkarımız Qaynarinfo-ya müsahibəsində bildirib ki, müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanır.

Yarina Lezko Ukrayna parlamentinin rəsmi orqanı olan "Ukraynanın səsi" qəzetinin əməkdaşıdır. Qəzetin redaksiyası Kiyevdə yerləşir. Yarina özü də Kiyev doğumludur və hazırda orada yaşayır. Doğma şəhəri bombardman olunsa da, Yarina Kiyevi tərk etməyə tələsmir. Jurnalist deyir ki, paytaxtın müdafiəsi kifayət qədər güclü təşkil olunub. O, bu işdə keçmiş prezident Pyotr Poroşenkonun və Kiyevin meri Vitali Kliçkonun xüsusi rolunun olduğunu deyir.

"Poroşenko prezidentliyi dövründə şəxsi vəsaiti hesabına Kiyevin hava hücumundan müdafiəsi üçün mühüm işlər görüb. Kiyevin meri Vitali Kliçko - yəqin, siz bizim Kliçkonu tanıyırsınız, o həm də peşəkar boks üzrə dünya çempionudur - rus işğalçılarının qarşısını almaq üçün şəhərdə blok-postlar quraşdırılması barədə göstəriş verib. Bundan başqa, həm Poroşenko, həm də Kliçko silahlanaraq Kiyevin müdafiəsində şəxsən iştirak edirlər. Ona görə də kiyevlilərin əhəmiyyətli hissəsi doğma şəhərlərini tərk etmək istəmir. Əksinə, insanlar Kiyevi qorumaq üçün könüllü şəkildə ərazi müdafiə batalyonlarına yazılır", deyə Yarina bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Qərbin layihəsi hesab edilən Ukrayna Prezidenti Volodomir Zelenskinin Rusiya ilə rəqabətdə olan beynəlxalq güclərin təhriki ilə ölkəsini müharibəyə sürüklədiyi iddia edilir.

Yarina Lazko isə bu cür düşünmür. Onun sözlərinə görə, əslində Zelenski prezident seçiləndə Rusiyaya münasibətdə heç də radikal mövqedə olmayıb:

"Gəlin açıq danışaq, Ukrayna xalqı Zelenskidən o qədər də razı deyildi. Baxmayaraq ki, o, seçkidə 73 faiz səslə qalib gəlmişdi. Bu səslər əslində Zelenskiyə deyil, Poroşenkonun əleyhinə verilmiş səslər idi. Çünki xalq Poroşenkonun bir il ərzində Ukraynanı çiçəkləndirəcəyini düşünürdü. İnsanlar hesab edirdi ki, qısa müddət ərzində iqtisadiyyat güclənəcək, insanların sosial rifahı yaxşılaşaq. Amma onlar nəzərə almırdı ki, Poroşenko Yanukoviçdən sonrakı Ukraynanın prezidenti seçilmişdi. O Yanukoviç ki, Putinin satellitesi idi, Kremlin çaldığı ilə oynayırdı. Onun dövründə Ukrayna ordusu demək olar ki, məhv edildi, iqtisadiyyat çökdü, ölkəmiz Rusiyanın yanında yer aldı, bununla da beynəlxalq aləmdən də təcrid olunmuş vəziyyətə gəldi.

Poroşenko prezidenti seçiləndə ilk olaraq ordu quruculuğuna başladı. Çünki Putinin Ukraynaya hücumunun qaçılmaz olduğunu bilirdi. Pararlel olaraq iqtisadi islahatlar apardı, əlaqələrini işə salaraq beynəlxalq rəyi Ukraynanın xeyrinə dəyişə bildi. Xalq bütün bunların qısa müddətdə başa gəlməsini istəyirdi. Ona görə də hakimiyyətin başında yeni sima görmək üçün Zelenskiyə səs verdilər".

Ukraynalı həmkarımızın fikrincə, Zelenskinin prezident seçilməsi Putini də qorxutmamışdı:

"Təsadüfi deyil ki, Putin Poroşenkodan başqa istənilən şəxsin Ukrayna prezidenti seçilməsini məqbul hesab edirdi. O, düşünüdü ki, Zelenski zəif liderdir və qısa zamanda onu Kremlin "sözəbaxan oğlan"ına çevirə bilər. Zelenski də hakimiyyətinin ilk illərində xalqın etimadını doğrultmadı. Onun beynəlxalq səfərləri, xüsusilə "Normandiya formatı"nda keçirilən görüşlər, daxili siyasəti göstərirdi ki, o siyasi cəhətdən yetkin şəxs deyil. Onun "Ştanmayer formulu"nu imzalaması Ukrayna xalqını ayağa qaldırdı. Bundan sonra Zelenski başa düşdü ki, nə istəsə edə bilməz. O, xalqın iradəsini nəzərə almalıdır. Yoxsa xalq onu da Yanukoviç kimi hökumət binasından küçəyə atar. Yanukoviç yenə qaça bildi. Zelenski isə heç qaçmağa da fürsət tapa bilməyəcəkdi".

Göründüyü kimi, jurnalistin sözlərindən aydın olur ki, Zelenski heç də iddia edildiyi kimi Qərbin təhriki ilə Rusiyaya meydan oxumayıb. O sadəcə Ukrayna xalqının iradəsi ilə hesablaşaraq Kremlə dirəniş göstərib və bununla da müharibə qaçılmaz olub.

Ukraynalı həmkarımız deyir ki, Putin Ukraynaya hücum edəndə mühüm bir amili nəzərə almayıb:

"Ukraynada güclü vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyəti hakimiyyətin addımlarını diqqətlə izləyir. Əgər ölkənin, xalqın maraqlarına zidd hər hansı addım atılırsa, o zaman vətəndaş cəmiyyəti ayağa qalxır. Putin bunu hesablamamışdı. O hesab edirdi ki, Ukrayna xalqının işğala qarşı çıxacağını düşünmürdü. Xalq isə təcavüzün ilk günündən ayağa qalxdı və bü gün də müqavimət göstərir. Hesab edirəm ki, müqavimət Ukrayna qələbə çalanadək davam edəcək. Bizdə ərazi müdafiə batalyonları var. Yüz minlərlə insan həmin batalyonlara yazılıb. Artıq yer yoxdur. Amma işğalçılarla vuruşmaq üçün bu batalyonlara yazılmaq istəyən insanların ard-arası kəsilmir. Ona görə də mən inanıram ki, biz qalib gələcəyik".

Yarinanın fikrincə, Rusiyanın güclü orduya malik olması barədə mif artıq dağılıb:

"Onlar böyük itkilər verir. Kütləvi şəkildə təslim olurlar. Digər tərəfdən onların motivasiyası yoxdur. Biz vətənimizi qoruyuruq və bu bizi ruhlandırır. Onlarda isə belə bir ruh yoxdur, çünki onlar işğalçıdır.

Rusiyanın "qalibiyyət", "güclü ordu" barədə yalanlarına inanmayın. Onlar hətta Ukraynaya hücum etmədikləri barədə yalan danışırlar. Yəqin ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun "Biz heç bir ölkəyə hücum etməyəcəyik, Ukraynaya da hücum etməmişik" fikri ilə tanışsınız. Görürsünüz necə yalan danışırlar? Doğum evini bombalayıblar. Bütün dünya bu hadisədən xəbərdardır. Foto-video faktlar var. Amma ruslar bu barədə də müxtəlif yalanlar uydururlar. Bu cür uydurmalarla Putin çox da uzağa gedə bilməyəcək. Artıq Rusiyada da başa düşürlər ki, Ukraynada nə baş verir. Digər tərəfdən, sanksiyalar Rusiyanı çökdürməkdədir. Ona görə də Ukraynanın qələbəsi labüddür. Mən Çeçenistanın məhrum lideri Cövhər Dudayevin fikirlərini xatırlatmaq istəyirəm: "Ukrayna günəşi doğanda Rusiya çökəcək". Biz buna inanırıq!"/qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1423   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28 oktyabr
.

Tallində robot qəza törədib, 9 nəfər yaralanıb

Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı

29 oktyabr
.

ABŞ Hindistanla münasibətlərdə yeni mərhələyə keçir: Trampın siyasəti Dehlini narahat edir

ABŞ dövlət katibi Marko Rubionun Hindistana son səfəri Vaşinqtonla Dehli arasında münasibətlərin gələcəyi ilə bağlı müzakirələri gücləndirib. The Guardian qəzetinin təhlilinə görə, Rubionun Hindistanın paytaxtı Yeni Dehliyə getməməsi, əvəzində Mumbayda hökumət nümayəndələri və iş adamları ilə görüşməs

27 oktyabr
.

Tramp Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş vermədiyini bildirib

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D. Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib. xəbər verir ki, Tramp jurnalistlərə Vensdən İranla danışıqları bərpa etməyi xahiş edib-etmədiyi soruşulduqda bildirib ki, "Xeyr. İranın tibbi yardıma ehtiyacı var. Xəstə insanlar

29 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

ABŞ-ın nüvə obyektində baş verən yanğın radioaktiv maddələrin yayılmasına səbəb olub

Cənubi Karolinadakı Savannah River Nüvə Kompleksindəki laboratoriyada baş verən yanğın radioaktiv sızmaya səbəb olub. xəbər verir ki, fövqəladə vəziyyət elan edib. "Savannah River obyektində baş verən hadisə ilə əlaqədar yerli fövqəladə vəziyyət elan edilib. Kompleks administrasiyasının məlumatın

29 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr