Bloklanmış "Instagram"dan görüntülərin yüklənməsi üçün "VKontakte"dən ÇIXIŞ YOLU - FOTO
"VKontakte" Rusiyada bloklanmış "Instagram"dan foto və videoları sosial şəbəkəyə köçürməyə imkan verən proqram təqdim edib.
Bu barədə şirkətin mətbuat xidməti xəbər verib.
"VKontakte" "Instagram"dan bütün fotoşəkilləri və videoları bir neçə toxunuşla sosial şəbəkəyə köçürməyə imkan verən xüsusi "Instagram Manager" tətbiqini işə salıb", - deyə məlumatda bildirilib.
İxtira sayəsində istifadəçilər ayrıca sahəyə öz "nik"lərini və ya "Instagram" hesablarına keçidi daxil edə, sonra isə bütün paylaşımlarını eyniadlı qapalı "VKontakte" albomuna köçürə bilərlər. Məxfilik istənilən vaxt dəyişdirilə bilər.
"Həmçinin sizə "Instagram"dan arxivi tezliklə yükləməyinizi tövsiyə edirik. Sonralar proqramın köməyi ilə "VKontakte"də həm videolarınızı ("Video" bölməsində), həm də qısa şaquli "Reels" videolarınızı ("Kliplər") saxlamaq mümkün olacaq. Bütün materialları yalnız siz görəcəksiniz", - deyə ismarışda əlavə olunub.
Eyni zamanda, sosial şəbəkənin məlumatına görə, yalnız girişi açıq olan məlumatlar yüklənəcək - köçürmə üçün parol daxil etməyə ehtiyac yoxdur.
Xatırladaq ki, Rusiyada "Instagram" sosial şəbəkəsinə giriş Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə ruslara qarşı zorakılıq çağırışlarına görə "Roskomnadzor" tərəfindən məhdudlaşdırılıb. Məhdudiyyət martın 14-dən qüvvəyə minib./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər