Ukraynada həlak olan azərbaycanlı iş adamının bacısı danışdı: "Meyitlər həyətdə qalıb" – VİDEO
Ukraynada həlak olan soydaşımız, həyat yoldaşı və qaynanasının nəşi hələ də Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evin həyətində qalıb. Həmin ərazi təhlükəli olduğu üçün onların nəşini çıxarmaq mümkün deyil. Yaxınları deyirlər ki, onların 3 övladı da hadisə zamanı orada olublar. Həmin uşaqların hazırda harada olduğunu da öyrənmişik.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində martın 5-də həlak olan həmyerlimiz Emin Mahmudov, onun həyat yoldaşı və qaynanasının nəşləri hələ də hadisə yerində qalıb. Bu barədə "XəzərXəbər"ə mərhumun bacısı Samirə Babayeva məlumat verib.O bildirir ki, qardaşıgil Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olublar. Hazırda həmin ərazilərə giriş təhlükəli olduğu üçün ailə üzvlərinin nəşi həyətlərində ortalıqda qalıb.Yaxınları onların nəşinin Azərbaycana gətirilməsini istəyirlər
Samirə Babayeva deyir ki, qardaşı uzun illərdir Ukraynada yaşayıb və oranın vətəndaşlığını qəbul edib. Ukraynalı xanımla ailə qurub və hazırda 3 övladı var. Hadisə baş verən zaman övladları da evdə olublar. Onların həyətinə 2 raket atılıb.
Onlara bu barədə qardaşı uşaqları və qardaşıgilin ukraynadakı qonşuları məlumat verib. Emin Mahmudovun bacısı hazırda qardaşı uşaqlarının vəziyyəti barədə də danışıb.
Qeyd edək ki, Emin Mahmudov Lənkaranın Boladi kəndində dünyaya göz açıb. O Ukraynada təhsil alaraq orada yaşayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər