Siqaretlərin də aksiz dərəcələri qaldırıldı - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb
Sənədə əsasən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 43 manatdan 46,5 manata qədər artırılıb.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksiz dərəcəsi 1000 ədəd üçün 12,9 manatdan 14 manata çatdırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi 1 kq üçün 30 manat təşkil edib.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat olub.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər