Aygün Səmədzadə atası ilə bağlı ittihamlara cavab verdi
Deputat Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə yaşadığı evin keçmiş iş adamı İbrahim Zeynalov tərəfindən təmir etdirilməsi iddialarına cavab verib.
"Qafqazinfo" xəbər verir ki, bəstəkar "Yeni Müsavat"a göndərdiyi məktubda məlumatın həqiqətə uyğun olmadığını bildirib. O qeyd edib ki, evin torpaq sahəsini İbrahim Zeynalovdan alıb və özü tikdirib: "Torpaqların satışına da həmin bu adam vəzifəsinə görə başçılıq edib. 20 sot yer üçün o vaxt 2 min manat ödəmişəm. 2 min kimlərəsə çox balaca görünə bilər. O zaman mənim üçün çox pul idi. Evin təmirinə özüm rəhbərlik etdiyimdən bütün qaimələri saxlayıram və təmir üçün getdiyim bütün mağazaların ünvanını belə yadda saxlamışam - yəni mənim evimi kiminsə təmir etməsi ən absurd ifadədir.
"Villa" kimi təqdim olunan evin tikintisinə 2003-cü ildə başlamışam və tam təmirini 2015-ci ildə başa çatdırmışam. Nəzərinizə çatdırım ki, H.Əliyev sarayında 3 konsert vermişəm, konsert xərclərim və gəlirlərim mütəmadi sənədləşdirilib, 5 teatr və 3 film musiqilərindən aldığım qonorarlar da həmin dövrə aiddir. Nailiyyətlərim, yaradıcılığım, zəhmətim bahasına özümə, hər halda, bir ev tikmək imkanına malik ola bilərəm.
Evimin təmirində iştirakını iddia edən adam görəsən "bu qədər əliaçıqlığı ola-ola" torpağı niyə mənə bağışlamayıb, pulla satıb?
Təqdimata ehtiyac olmasa da atam Ziyad Səmədzadə Azərbaycanın böyük alimidir, dünya çapında adı keçən iqtisadçıdır, akademikdir. Həyatı, təcrübələri, peşəsi və paklığı onu heç zaman heç kimə möhtac etməyib və etməyəcək".
Qeyd edək ki, İ.Zeynalov vaxtilə Ziyad Səmədzadə ilə ailəvi yaxın olduqlarını, onun qızı Aygün Səmədzadənin villasını təmir etdirdiyini bildirib. Keçmiş iş adamı iddia edir ki, Z.Səmədzadə onun qurduğu fabrikə şərik olmaq istəyib, lakin o etiraz edib. Buna görə də Z.Səmədzadənin əli ilə DTX tərəfindən həbs olunub.
Həbs olunduqdan sonra var-dövlətini və ailə üzvlərini itirən iş adamı hazırda Neftçalada vaqonda yaşayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər