Türkmənistanın yeni prezidenti seçildi
Türkmənistanda prezident seçkilərində Sərdar Berdimuhəmmədov 72,97 faiz səslə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Türkmənistan Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb. 40 yaşlı Sərdar Berdimuhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğludur.
Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.
MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:
- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;
- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;
- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıəhəmmədov - 72,97%;
- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin "Avaza" sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;
- "Vepaly gurluşyk" Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;
- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;
- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;
- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;
- Dövlət Energetika İnstitutunun "Bərpa olunan Enerji Mənbələri" Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər