Saxlanılan polis polkovnikinin ittihamı ağırlaşdırılıb - RƏSMİ
"Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi Hacıyev Rza Xəlil oğlu barəsində verilən ittiham ağırlaşdırılıb".
Oxu.Az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Daxili İşlər Orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəisi Natiq Abdullayev bildirib.
Onun sözlərinə görə, R.Hacıyev qanunsuz olaraq əldə etdiyi silahla atəş açıb:
"Barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi bu Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif edilib. Hazırda cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır".
Qeyd edək ki, 2021-ci il dekabrın 16-da Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini R.Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb.
R.Hacıyevdən AKMS markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Əlavə edək ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər