Bayramda yoluxma sayı arta bilər - AÇIQLAMA
Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir, lakin qarşıdan Novruz bayramı gəlir. Bayramda isə insanlar daha çox bir yerə toplaşmağa, qonaq gedib-gəlməyə üstünlük verirlər. Bu səbəbdən qarşıdakı günlərdə yoluxma sayında az da olsa artım ola bilər.
Sonxeber.az xəbər verir ki, bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
"Lakin artım çox olmayacaq. Belə ki, vətəndaşlarımızın çoxu "buster" doza ilə (3-cü doza) vaksinasiya olunublar. Yoluxmanın kütləvi olmayacağını bildirən səbəblərdən biri də vətəndaşlarımızın böyük əksəriyyətinin virusa yoluxub sağalmasıdır. Bununla da kütləvi immunitet formalaşıb.
Bütün bunlara baxmayaraq, virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməlidirlər", - M.Əliyev əlavə edib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər