"Yeni dəhliz Naxçıvanı tamamilə blokadadan çıxaracaq" - Deputatdan AÇIQLAMA

"Yeni dəhliz Naxçıvanı tamamilə blokadadan çıxaracaq" - Deputatdan AÇIQLAMAİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu günlərdə imzalanmış Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu əsasında yeni nəqliyyat dəhlizinin yaradılması regionun siyasi və nəqliyyat xəritəsini dəyişəcək trans-kontinental tranzit kimi qiymətləndirilə bilər".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, yeni dəmir yolu və çoxzolaqlı avtomobil magistralı təkcə Azərbaycanın coğrafi ərazilərini birləşdirmir, daha geniş və qlobal geocoğrafi hüdudları əhatə edəcək. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması bölgənin coğrafi hüdudlarını genişləndirəcək:

"Bu nəqliyyat dəhlizi Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq. Yeni dəhliz Naxçıvanı tamamilə blokadadan çıxaracaq, regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına səbəb olacaq, bölgədə yeni iqtisadi əməkdaşlıq platforması formalaşdıracaq.

Yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşılıqlı, səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verəcək. Bu layihə böyük iqtisadi dividendlər gətirəcək. Azərbaycan Orta Asiya və Avropa arasında tranzit körpüsü olmaqla böyük traniz gəlirləri qazanacaq, həmçinin, elektrik enerjisi ixracatçısı kimi imkanları artan Azərbaycan, İran ərazisindən keçməklə, Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da əldə edəcək. Eyni zamanda, bu layihə Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak etməklə, naxçıvanlı iş adamlarının da regional bazarlara çıxışını təmin edəcək".

Aydın Hüseynov qeyd edib ki, yeni dəhliz qonşu ölkələr, həmçinin region ölkələri üçün ticarət əlaqələrində yeni bir drayver olacaq:

"Qərb və Şərq arasındakı ticarət əlaqələrinin təhlükəsizliyi baxımından alternativ nəqliyyat xətlərinin və logistika mərkəzlərinin olması vacib bir nüansdır. Bu səbəbdən, Azərbaycanda həyata keçirilən layihələr kompleks təbiətə malik olub, ümumilikdə multimodal nəqliyyat dəhlizinin yaradılmasına xidmət edir. Avropanı və Asiyanı qovuşduran 7 Türk dövlətinin yeni birliyi olan Türk Dövlətləri Təşkilatının Yol Xəritəsində gələcək iqtisadi-siyasi və nəqliyyat-kommunikasiya qovşaqlarının inteqrasiyası nəzərdə tutulub. Uzaq Asiyadan - Çindən Avropaya uzanan, XXI əsrin ən nəhəng tranziti olan "Bir kəmər, bir yol" layihəsinin Orta Dəhlizi üzərində yerləşən Türk dövlətlərinin kommunikasiya xəritələri çox zəngindir. Həmin coğrafiyanın ən mühüm qovşaqlarından biri olan Zəngəzur dəhlizi "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi TDT-nın məqsdələrinə çatmasında tarixi fürsət oldu. Beləliklə, Zəngəzur və Naxçıvan TDT-nın ən strateji nəqliyat dəhlizinin bir hissəsi hesab olunur".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Yeni dəhliz Naxçıvanı tamamilə blokadadan çıxaracaq" - Deputatdan AÇIQLAMAAysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1229   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr