Daha 2 qaziyə vəzifə verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a bildirilib ki, bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunub.
Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin Sərəncamları ilə N.Şixizadə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", C.Bağırov isə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.
Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1545 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr