Körpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİ

Körpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİBakı. 25 may. REPORT.AZ/ Prezident İlham Əliyevin may ayının 24-ü imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

"Report"un əməkdaşı müəssisədə 6 aylıq övladı ilə birgə cəza çəkən və bu gün azadlığa buraxılan Gündüz Babayeva ilə söhbətləşib. Onun həyat hekayətini təqdim edirik.

"Gecə səhərə qədər həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıblar..."

"Gecə səhərə həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıblar səhərə kimi..." - deyən Gündüz Babayeva Astara rayonunda doğulub, böyüyüb. O, 18 yaşında ailə həyatı qurub, hazırda 31 yaşı var, 5 uşaq anasıdır. Dörd oğlu, bir qızı var. Oğlanları 13 yaşlı Rəhman, 11 yaşlı Əli, 10 yaşlı Həsən, 6 yaşlı Amin bir il iki aydır ki, anasız, nənələrinin himayəsində yaşayırlar. Həbsxanada dünyaya gələn 6 aylıq Ayanın qardaşları ilə müqayisədə anasından ayrı düşmədiyi üçün daha şanslı, yoxsa həbsxanada dünyaya gəldiyi üçün şanssız olduğunu demək isə çətindir.

Günahsız günahkar

Yazımın qəhrəmanı özünün dediyinə görə, 29 yaşında xəbəri olmadan cinayət edib. Həyat yoldaşının dostu ona pul verərək, verdiyi ünvandan paket götürəcəyini istəyib. O razılaşıb, amma "iş" yolunda getməyib: G.Babayeva narkotik maddə alarkən həbs olunub.

"Mən belə əməlin sahibi deyiləm. İnanmışam, səhv eləmişəm, çox peşmanam",- deyən G.Babayeva həbsxanada uşaqlı analar üçün karantin otağında yaşayıb. Qeyd edək ki, həbsxanada başqa uşaqlı qadın məhbuslar da var.

"Həbsxana qadın yeri deyil"

"Həbsxanada nə zaman gedir, nə də peşmanlıq fayda verir" - söyləyir azadlığına qovuşan qadın.

G.Babayeva deyir ki, həbsxana qadın yeri deyil: "Heç bir qadına buraya düşməyi arzulamıram, bura qadın yeri deyil. Allah bütün içəridə olanlara azadlıq qismət eləsin, sağ əlim başlarına olsun. Mən bundan sonra balalarımla bir yerdə xoşbəxt yaşayacağam, bir də belə səhv etmərəm, bir də bura gəlmərəm. Yaxşı vətəndaş olacağıma söz verirəm".

"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam"

Yazımın qəhrəmanını qarşılamağa anası və 6 yaşlı oğlu Amin gəlmişdi. Amin deyir ki, bundan sonra hər gün anasının qolları üstə yatacaq. Deyir, tez böyüyəcək, işləyib bacısına sırğa alacaq, anasına isə ikimərtəbəli ev tikəcək.

"Dörd əsgər böyüdürəm, amma onlar adını yaza bilmirlər"

G.Babayevanın anası isə ötən bir il iki ay ərzində çox zülm çəkdiyini bildirdi. Dörd oğlanı saxlamaq ona çox çətin olub. Problemlərdən biri də odur ki, uşaqlar anaları həbsə düşəndən məktəbə getməyib. G.Babayevanın anası deyir ki, uşaqlara ünvanlı sosial yardım da verilmir: "Neçə ildir Türkanda parnikdə işləyirəm ki, bu uşaqları saxlaya bilim, ataları da fəhlə işləyir. Gündüz azadlıqda olanda o da fəhləlik edirdi. Uşaqlar heç biri məktəbə getmir. Dörd əsgər böyüdürəm, amma onlar adlarını yaza bilmir. İmkanımız yoxdur, dövlət bizə sosial yardım etmir, mən çox xahiş edirəm bizə köməklik etsinlər, bəlkə sosial yardım versələr biraz vəziyyətimiz yaxşılaşar".

Qeyd edək ki, G.Babayeva Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə ittiham olunub.

P.S. Əfv olunan 8 qadın məhkumun azadlığa buraxılmasından əvvəl bununla bağlı Cəzaçəkmə Müəssisəsində tədbir keçirildi. Tədbirdə məhbusların yanında əyləşmişdim. Azad olunanlara bununla bağlı sənəd təqdim olunarkən məhbusların arasından belə bir səs eşitdim: "Bəxtəvər başınıza, siz məzardan çıxdınız..."
Körpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİKörpəsi ilə azadlığa çıxan qadın: "Bir də bura gəlmərəm..." - HƏYAT HEKAYƏTİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10109   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr