Metroda qatar niyə gecikib? - AÇIQLAMA
Metroda qatarın gecikməsi sıxlığa səbəb oldu.
Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatar 7 dəqiqə gecikib.
Gecikmə platformada sərnişin sıxlığına səbəb olub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında gecikməyə ehtiyat qatarın xətdə dövrə vurmasının səbəb olduğunu deyib:
"Qatarların hərəkətində, metro xətlərində hansısa problem yaşanmayıb. Qatarlarda nasazlıq baş verməyib. Son bir ay ərzində sərnişin sayı və buna uyğun sıxlığında artım müşahidə olunur. Hər gün monitorinqlər aparılır. Ehtiyat qatarların xəttə verilməsi monitorinqin və gündəlik sərnişin axınının xüsusiyyətlərinə uyğun olaraq, nəzarətdə saxlanılır və tənzimlənir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 786 Tarix: 17 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabr