Sığınacaqda qalan 3 azyaşlı bacının faciəsi: "Elə bilirlər ki, anaları sağdır"

Sığınacaqda qalan 3 azyaşlı bacının faciəsi: "Elə bilirlər ki, anaları sağdır"Bir neçə gün öncə üç uşaq anası Ülviyyə Həsənovanın həyat yoldaşı Saməddin Həsənov tərəfindən qısqanclıq zəminində qətlə yetirilməsi barədə xəbər vermişdik.

Sosial şəbəkələrdə qətl hadisəsinin "Ümid yeri" adlı sığınacaqda baş verməsi ilə bağlı məlumat yayıldıqdan sonra Modern.az-ın əməkdaşı müəssisənin rəhbəri Nigar Mənsimova ilə əlaqə saxlayaraq informasiyanı dəqiqləşdirib.

Məlum olub ki, öldürülən qadın 3 övladı ilə birgə "Ümid yeri" adlı sığınacağa müraciət edib, sonra həyat yoldaşı ilə barışıb. Hadisə baş verən gün Ülviyyə Həsənova övladları ilə birgə həyat yoldaşının yanına qayıdacaqdı. Lakin o, naməlum səbəbdən həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla öldürülüb. Hadisə elə sığınacağın qarşısındakı küçədə baş verib.

Anasız qalan 3 uşağın aqibəti necə olacaq?

Nigar Mənsimova Modern.az-a açıqlamasında bildirib ki, uşaqlar hazırda sığınacaqdadır:

"Psixoloqlarımız onlarla söhbətlər aparır. Uşaqların vəziyyəti normaldır. Nəzarətimiz altındadırlar. Hələ ki uşaqların qohumlarından bizə müraciət daxil olmayıb. Onların da başı qarışıqdır, bir qədər vaxt keçdikdən sonra onlarla əlaqə yaradıb, uşaqların gələcək taleyi ilə bağlı məsləhətləşəcəyik. Çünki biz tək başımıza qərar verə bilmərik, uşaqların nənə-babaları da var. Onların da sözü vacibdir".

Sığınacağın rəhbərinin sözlərinə görə, uşaqların məlum qətl hadisəsindən xəbərləri yoxdur:

"Uşaqlar ataları barədə yox, anaları haqqında maraqlanırlar. Biz də dedik ki, ananızın barmağı əzilib, həkimdədir"

Qeyd edək ki, uşaqların hər üçü qızdır. Onlar 3, 9 və 10 yaşlarındadır.

Xatırladaq ki, martın 13-də baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1360   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir. xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub. "Prezident, Müzəffər Ali Baş Komanda

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr