"Toyota Prius " sürmək qəza riskini artırır? - Vaqif Əsədovdan CAVAB
Ölkəmizdə "Toyota Prius" markalı avtomobillərin sayı az deyil. Bir çoxları bu avtomobillə taksi fəaliyyəti göstərir. Danılmazdır ki, qəzaların sayı da çoxdur. Daha açıq desək, qəza törədənlər arasında adı çəkilən maşının sürücüləri çoxluq təşkil edir. Görəsən, buna səbəb avtomobilin daxili problemidir, yoxsa sürücü ehtiyatsızlığı?
Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib.
O vurğulayıb ki, bu gün Bakı şəhərində qeydə alınan yol qəza hadisələrində "Toyota Prius" markalı avtomobillərin adı çəkilsə də, problem avtomobil markasında deyil:
"Bu avtomobilin sayının çox olması amortizasiya xərclərinin az olmasından və sürücüyə daha çox gəlir gətirməsindən irəli gəlir. Avtomobilin texniki parametrləri, göstəriciləri tələblərə uyğun olmasa, alıb istifadə etməzlər.
Yol nəqliyyat hadisəsinin baş verməsi, idarə edilən nəqliyyat vasitəsinin nə nömrəsindən, nə markasından, nə də formasından aslı deyil.
Qəza hadisəsi nəqliyyat vasitəsini kimin və hansı formada idarə etməsindən aslıdır.
Başa düşürəm, bu gün Bakı şəhərində qeydə alınan yol nəqliyyat hadisələrində iştirak edən əsas avtomobillər "Toyota Prius" markasındadndır. Amma bunun səbəbi odur ki, sərnişindaşımada daha çox məhz həmin avtomobillərdən istifadə olunur.
Taksi fəaliyyəti ilə məşğul olanların əksəriyyəti də bu tip avtomobildən istifadə edir. Sözsüz ki, buna səbəb istismar xərclərinin az olması və istismar edilməsi ilə bağlı qazancın daha çox əldə edilməsidir.
Taksi fəaliyyəti ilə məşğul olanların bir çoxu istirahət etmədən, səhərdən gecəyədək işləyir, yuxusuz və yorğun olur. Bu da istər-istəməz yol nəqliyyat hadisələrinin çox sayda baş verməsinə səbəb olur. Bir daha vurğulayıram ki, bu, avtomobilin deyil, onu idarə edən şəxsin günahıdır".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva