Polisə atəş açan şəxslə bağlı QƏRAR VERİLDİ
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq etməkdə təqsirləndirilən Eldəniz Alışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, bu barədə Beyləqan Rayon Məhkəməsində qərar elan olunub.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edərək E.Alışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay müddətinə artırıb.
Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə 2021-ci il noyabrın 30-da Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində xidmətdə olan Beyləqan RPŞ-nin Post Patrul Xidməti bölməsinin polis nəfərləri - Mirsahib Abdullayevlə Sarvan Çıraqzadə kənd sakini, 1981-ci il təvəllüdlü E.Alışova yaxınlaşaraq, onun üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb edib.
Bu zaman E.Alışov silahın qeydiyyatsız olduğunu bildirib. Polis əməkdaşları isə silahı təhvil verməsini tələb etdikdə isə o, S.Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib. E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva