Hazırda qiymət artımı yolverilməzdir - MƏNTİQLİ ARQUMENT
Rusiya və Ukrayna müharibəsinin davam etməsi nəinki həmin ölkələrdə iqtisadiyyata mənfi təsir göstərib, həmçinin, qonşu dövlətlərə də nüfuz edib. Bəs bundan sui-istifadə edib süni bahalaşma edənlərin qarşısını necə almaq olar?
Mövzuyla bağlı Sonxeber-a iqtisadçı ekspert Turab Rzayev açıqlama verib.
O bildirib ki, şirkətlərin anbarlarında bir neçə aylıq məhsulun olduğu üçün bahalaşma yolverilməzdir:
"Taxıl məhsullarının artıq qiyməti artıb. Nə qədər ki, müharibə davam edəcək, bu mənfi təsir özünü göstərəcək. Rusiyadan, Ukraynadan gələn məhsullardan əlavə, maşın al-verində də problemlər olacaq.
Mallar Ukraynadan gələ bilmir, Rusiya bəzi məhsulların idxalına özü qadağa qoyub. Amma bütün bunlar belə, süni qiymət artımı etməyə icazə verməməlidir. Çünki indi satdıqları məhsulları ən azından bir neçə ay öncədən alıblar. Hazırda düşünürəm ki, onların anbarlarında bir neçə aylıq məhsullar var. O tarixədək də, ola bilsin, müharibə bitəcək və qiymət artımı olmadan davam edəcəyik.
Devalvasiya və müharibə olmayana, hər hansı enerji qiyməti artmayana, onun real effekti gəlib bura çatmayana qədər bəzən qiymətlərin süni artımı (hətta real effektdən bir neçə dəfə daha çox) olur. Bu, heç bir halda yolverilməzdir. Xüsusi əhalinin baza qida qiymətləri süni şəkildə qaldırıla bilməz".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva