Nicat Hacızadə: "Bu qərar ərzaq təhlükəsizliyinin tənzimləməsi faktoru kimi çıxış edə bilər"

Nicat Hacızadə: "Bu qərar ərzaq təhlükəsizliyinin tənzimləməsi faktoru kimi çıxış edə bilər""Dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsi, dəyər və logistika zəncirinin məhdudlaşması, baş verən geosiyasi reallıqlar və münaqişələr, o cümlədən pandemiya şəraitində yaranan və müvəqqəti irs buraxan müəyyən iqtisadi çətinliklər dünya ölkələri arasında ərzaq təhlükəsizliyi üçün təhdid yaradıb".

Sonxeber.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlindən etibarən dünya bazarında istehsal qiymətləri indeksində müşahidə olunan artım, habelə qida və qeyri-qida məhsullarının quru və su nəqliyyatı vasitəsilə daşınmasında yaranan məhdudiyyətlər inflyasiya meyllərini daha da tətikləyib.

"Bu gün inkişaf etmiş ölkələrin faiz dərəcələrində proqnozlaşdırılan artım da sözügedən inflyasiya təzyiqinin azaldılmasına hesablanıb. 18 mart 2022-ci il Baş nazir tərəfindən imzalanan 103 nömrəli Qərar Azərbaycanın beynəlxalq iqtisadi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin tənzimləməsi faktoru kimi çıxış edə bilər. Verilən qərara əlavə edilən məhsulların ölkədən aparılması istiqamətində həyata keçiriləcək tənzimləmələr Azərbaycan vətəndaşlarının geoiqtisadi risklərdən qorunması və sığortalanması xarakterini daşıyır. Siyahı əsasında izlənilən məhsullar Azərbaycan vətəndaşının minimum istehlak səbətinə daxil edilən məhsullardır", - deyə N. Hacızadə qeyd edib.

O, həmçinin, əlavə edib ki, siyahının tərkib hissəsinə idxal edilən aralıq istehlak məqsədli və son istehlak məqsədli məhsullar aiddir. Aralıq istehlakla bağlı tənzimlənmənin əsas məqsədi yerli istehsal üçün zəruri olan xammal zəncirin riskinin minimumlaşdırılması ilə birbaşa bağlıdır: "Siyahıya daxil olan məhsulların tərkib hissəsində yer alan 0102 və 0204 nomenklaturalı malların 2021-ci il üzrə ölkəyə idxalının ümumi dəyəri 47,6 mln. ABŞ dollarıdır. Bu kod altında yerləşən məhsullar diri iri buynuzlu (keçi, qoyun, düyə, inək) heyvan məhsullarıdır. 0201 və 0204 nömrəli soyudulmuş, sümükdən ayrılmış və ayrılmamış heyvan məhsullarının ölkə ərazisində idxalı 21,7 mln. dollar təşkil edib. Sözügedən kodlar üzrə 2021-ci ildə ölkə ərazisindən ixrac cəmi 38,4 min dolları olub".

Departament rəhbərinin sözlərinə görə, 0207 (11, 12, 13 və 14 (istisna ilə birgə)) kodu altında ticarət olunan ev toyuqları ilə əlaqədar müxtəlif növ məhsulların idxalı 38,2 mln. dollar, ixrac isə 642 min dollar təşkil edib. 0402 kodlu məhsulları özündə əhatə edən süd və qaymaq, onların müxtəlif növ məhsulları üzrə ölkə ərazisinə idxal 8,5 mln. dollar, ixrac isə 934 min dolları olub. 0405 kodunu özündə əhatə edən kərəyağı və süd pastaları üzrə idxalın dəyəri 78,9 mln. dollar, ixracı isə 1,3 mln. dollar təşkil edib. 0407 kod altında istehlak edilən inkubasiya üçün mayalanmış və inkubatorda yetişdirmək üçün lazım olan ev quşlarının yumurtaları üzrə idxal 10,4 mln. dollar təşkil edib. Bu kod altında 2021-ci ildə ixrac həyata keçirilməyib.

0701 kodlu kartof məhsulunun tərkibi faraş kartof istisna olmaqla, həyata keçirilən idxalı 11,1 milyon ABŞ dolları təşkil edib. Faraş kartof üzrə Azərbaycanın ixracı 2021-ci ildə 40,1 mln. dollar olub. 10, 11, 12 kod altında formalaşan qruplar Azərbaycanda sözügedən siyahı üzrə ən çox idxal edilən malların qrupuna daxildir. Bu siyahıya 270,4 mln. dollar ilə yumşaq buğda, 58 mln. dollar ilə bərk buğda başçılıq edir. Sözügedən kodlar altında 85 növdə məhsul idxal olunur ki, bunların ümumi dəyəri 446 mln. dollar olmaqla, ümumi idxalın 3,8%-ni təşkil edir. Adıçəkilən kodlar üzrə ixrac isə cəmi 17,4 mln. dolları təşkil edir.

1509 kodu daşıyan emal edilməmiş zeytun və zeytun yağları üzrə 2021-ci ildə cəmi iki məhsulun dövriyyəsi mövcuddur. Bunların ümumi dəyəri qeyd edilən il üzrə 1,6 mln. dollar, ixracı isə 231 min dollar təşkil edib.

Siyahıda yer alan əsas məhsullardan hesab edilən və vətəndaşların qida rasionunda mühüm yer tutan bitki yağları ilə əlaqədardır. Bu siyahıya xam şəkildə günəbaxan və qarğıdalı, onların fraksiyaları və onlara məxsus digər məhsullar, bitki piyləri və yağları, onların fraksiyaları daxildir. 2021-ci ilin yekunlarına əsasən, xam və digər şəkildə ölkəyə idxal olunan günəbaxan yağlarının dəyəri birgə 73,6 mln. dollar olub. Qarğıdalı yağı ilə əlaqədar isə xam və digər şəkildə idxal isə birgə 35,8 mln. dollar təşkil edib. Sözügedən yağların tərkib hissəsində yer alan xam hesab edilməyən günəbaxan yağının ixracı 9,6 mln. dollar, qarğıdalı məhsulunun ixracı isə 1,3 mln. dollar olub. Bitki yağları və onların fraksiyaları üzrə idxal 2,2 mln., ixrac isə 11,4 mln. dollar təşkil edib.

N. Hacızadə qeyd edib ki, bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları qeyri-neft ixracında əsas yerlərdən birinə malikdir. Bitki və heyvan mənşəli piylər və yağların idxalında isə əhəmiyyətli artım müşahidə edilir. Belə ki, adıçəkilən məhsul üzrə idxal 34,3 mln. dollar təşkil edib. Siyahıya müvafiq olaraq heyvan yemləri ilə əlaqədar mallar da tənzimləmə predmeti olub. Heyvan yemləri üzrə 2021-ci ildə Azərbaycana 6 rəqəmli nomenklatura əsasında, 16 müxtəlif növ mallar idxal olunub ki, onların ümumi dəyəri 90,4 mln. dolları təşkil edir. Sözügedən qrupa daxil olan soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların idxalı 2021-ci ildə 54,7 mln. dollar olub. Bu məhsul 23 qrupa daxil olan heyvan yemlərinin 60,5%-i təşkil edir.

"Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 2,6 mlrd. dolları dəyərində qida sənayesinə daxil olan mal və məhsullar istehsal edilib. Sözügedən siyahı tərkibindəki xam məhsullar həm ev təsərrüfatları, həm də emal məqsədli firmalar üçün mühüm istehlak hesab olunur. Sözügedən qərarında əsas məqsədi Azərbaycan vətəndaşlarının minimum istehlak səbətində yer alan gündəlik və ya həftəlik məhsullara asan əlçatanlığını və istehlak fasiləsizliyini təmin etməkdir", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1833   Tarix: 19 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub

27 oktyabr
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30 oktyabr
.

Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub. Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,

29 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr

6 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun

5 noyabr